21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hüseynin düşməni, vəllahi, ya kafirdi, ya da nadan
14.11.2018

İmamətin keyfiyyəti və İmam Hüseynin (ə) təfəzzülü


İmamət məsnədində mərdi-dana olmasa, olmaz.
İmamın helmi kuh və elmi dərya olmasa, olmaz.

Şüur istər həqiqət dərki biünvan və şəxsiyyət
Yəhudi, ya məsihi əhli məna olmasa, olmaz.

Əsasi etiqadi şiədən ədl və imamətdir,
O da min canibillah xəlqə mövla olmasa, olmaz.

Bilər var Səd Vəqqasın başında neçə milyon tük,
Bəli, məsum olan bu elmə dara olmasa, olmaz.

Bir iddə, guya, məmuridir bu əmrə İranda,
Təşəyyö mane vəhdətdi ilğa olmasa, olmaz.

Şəyatin istəyir dansın imamın elmini əvvəl
Əli çün elmdə Əbu Bəkrə həmta olmasa, olmaz.

Sonra tədricən etsin Əhli-Beytin ismətin ketman,
Məqami Ayişə xəlq içrə ülya olmasa, olmaz.

Bilin, agah olun, millət, bunlar məmuri düşməndir,
Hüseynin düşməni xəlq içrə rüsva olmasa, olmaz.

O kəslər ki, Müaviyyəyə əmirəlmöminin söylər,
Onlar əhli-həqiqətdən mücaza olmasa, olmaz.

Cahanda höccətullah bilməyin hər nikbətullahi,
Əmir əl-möminin dəryayi təqva olmasa, olmaz.

İmamət şəxsi məsumdu, ələmdir xəlayiqdən,
Sərpa elm, ecaz və müəmma olmasa, olmaz.

Yəhudi doktoru gətirdi mətəbdə bir yetim ağlır,
Deyir, ya Rəbb, əlac eylə müdava olmasa, olmaz.

Sual etdi, nədir dərdin, bəyan eylə, edim dərman.
Dedi, naxoş anam var, çarə peyda olmasa, olmaz.

Atam əldən gedib tazə, anam tənha ümidimdir,
Yetiməm, sərpərəstim yox, bu tənha olmasa, olmaz.

Səni verrəm qəsəm mövla Hüseynə, bir əlac eylə,
O ölsə, mən də ölləm, əhdim ifa olmasa, olmaz.

Hüseyn adın eşitdi ol yəhudi, oldu narahət,
Dedi, var bir dəvası gər mühəyya olmasa, olmaz.

Sarı bir at kəsin, cigərin eyləyin hazır,
Təbibin nüsxəsi diqqətlə icra olmasa, olmaz.

Yetim binəva həsrətlə boynun çiyninə qoydu,
Töküb göz yaşın ərz etdi, Xudaya, olmasa, olmaz.

Yetiməm, yoxdu imkanım, mənim kəs başım iqdam et
Təsəddüqlən əgər rəfi bəlaya olmasa, olmaz.

Dilə gəldi təbib onda açıb ağzın şəmatətilən,
Dedi bir yol nişan verrəm, get, amma olmasa, olmaz

Sizin ərababınızın ki, şöhrəti dünyanı doldurmuş,
Hüseynə get sızılda, yalvar ağla, olmasa, olmaz.

Hüseynin ilxısında yaxşı rəngarəng atlar var,
Nolar versə birin, aya, bu yolda olmasa, olmaz.

Qayıtdı boynu çiynində, əli qoynunda, göz yaşlı,
Ədu bəzən səbəbdir xeyrə, yoxsa, olmasa, olmaz.

Kərəmi dərgəhini gördü açıq oldu pənahəndə,
Dedi gəlsin ağam, dərdim var, ifşa olmasa, olmaz.

Yetimi çün Hüseyn gözdən tanırdı, aldı ağuşə.
Dedi dərdin de, əmri fori mücra olmasa, olmaz.

Atan ölcək səni Allah mənə tapşırdı, əmr eylə,
Əgər Əkbər kimi sənlən müdara olmasa, olmaz.

Ürəkləndi dedi, ya Səyyidi, qıl çarə naçarəm,
Əlac əldən gedir səyu-təqəlla olmasa, olmaz.

Anam əlan ölür, məndən nə istir gör təbib, amma
Sarı bir at deyir kəsdir və illa olmasa, olmaz.

İmam əmr elədi forən bir sarı at zibh olsun,
Bəli, müşgülqoşa hər işdə guya olmasa, olmaz.

Cigərin verdilər qaçdı səna quyan, dua quyan,
Yəhudi görcəyin gördü ki, haşa olmasa, olmaz

Dedi bu sarı at nədir, gərək qırmızı at olsun,
Bunu qaytar denən gər qırmızı at olmasa, olmaz.

Qayıtdı bir də məyus və məlul ol tifli sərgərdan,
Görüb şaha yenə ərzi qəzaya olmasa, olmaz

Utandı keçmədi səhnə qapıda tökdü göz yaşın,
Hüseyn ibn Əli gördü təsəlla olmasa, olmaz.

Dübarə könlünü aldı, doyunca təsliyət verdi,
Buyurdu həlli müşkül bu qapıda olmasa, olmaz.

Yenə dəstur verdi zibh ediblər qırmızı bir at.
Müsəlmana yəhudidən çün iza olmasa, olmaz.

Cigəri aldı şövqilən təbibin səmtinə qaçdı,
Xəbisanə dedi gər rəngi beyza olmasa, olmaz.

Qayıt forən denən səhv etmişəm ağ at istəyir
Müdava etməyə eyni təmənna olmasa, olmaz.

Qərəz, əmdən o tifli yeddi dəfə getdi qaytardı,
Mülazimlər dedi bu xahişə “la” olmasa, olmaz.

Məgər kimdir bu tiflin xatirinə yeddi at kəsdik,
Deyir hey gahi əbləq, gah səfra olmasa, olmaz.

Hüseynin rəngi qızardı, dedi and olsun Allaha!
Bu dərgahi kərimdir, ölü ehya olmasa, olmaz.

Əsirəm bu yətimə, Zülcənahım istəsə, verrəm,
Yetimin xatiri mənzuru irza olmasa, olmaz.

Anam Zəhraya and olsun yetimi etmərəm məyus,
Onun təslimiyəm mən hökmfərma olmasa, olmaz.

Mənim də bir günü bəlkə balalarım yetim qaldı,
Rüqəyyəm ac yatanda nanu xurma olmasa, olmaz.

Dilində əşhədu ənnə Muhəmməd gördu cuş eylir
Baş açıq pa bürəhnə rahpeyma olmasa, olmaz.

Qoyub üz əd-dəxil ədrikni quyan babi ümmidə
Dedi pak olmağa bir belə dərya olmasa, olmaz

Nəməkzari imamətdə səgi murdarınam, Allah.
Şəfaətçim əgər dilbəndi Zəhra olmasa, olmaz.

Qərəz iqbalə baş düşdü yerə Zəhran düşən yerdə
Dedi bu dərgəhin dərbanı Musa olmasa, olmaz.

Hüseyn pişvaz edib tez mehmani müsəlmanı,
Buyurdu dur ayağa seyri məna olmasa, olmaz.

Müsəlman oldun əlan ki, imamın qüdrətin dərk et
İmama çeşmi dildən bir tamaşa olmasa, olmaz.

Görək gəlsin zühura, qüdrətullah höccəti Allahdan,
Yədi beyza Musada təcəlla olmasa, olmaz.

Cigərlər yerlərində pay bərca olmasa olmaz

Dayandı ru be qiblə, xazianə qibleyi aləm,
O halda çün ədayi zikr və əsma olmasa, olmaz.

Qutardı rəkətini səslənib “qumu biiznillah”
Bəli, hər kəs inanmaz çeşmi bina olmasa, olmaz.

Durub atlar dolandılar Hüseynin başına əvvəl
Müsəlləm dilsiz heyvanlar ima olmasa, olmaz.

İmamın qüdrəti, əlbəttə, mafovq təsəvvürdür,
Və lakin dərki feyzə dili müsəffa olmasa, olmaz.

İmami ki kəsik başı cidada başladı Quran,
Onun ecazidə mafovqi İsa olmasa, olmaz.

Hüseynin düşməni, vəllahi ya kafirdi, ya da nadan,
Amandır, Münzəvi, bu mətləb ifşa olmasa, olmaz.

Rəhim Münzəvi Ərdəbili