27 Oktyabr 2025 - 27
Ətri gəlir Məhərrəmin hər yerə qara çəkdilər
Fatimə nohə başladı, göylərə qara çəkdilər
Ya Əba Əbdillahil-Hüseyn – Ya Əba Əbdillahil-Hüseyn
Geydi hüseynçilər yenə pirəhəni-əzaların
Əbri-bahar tək dolub gözləri aşinaların
Şəhriləri dolan eşit vay ana vay nəvaların
Mərifət əhli məcsid -o- minbərə qara çəkdilər.
Əhli-vilayətin bu ay gülməyəcək dodaqları
Dəstələrin salıb yola kuçələrin uşaqları
Kuyi-şəhadətə gəlir Kərbübəla qonaqları
Cənnət olubdu qəmsəra sərdərə qara çəkdilər.
Əsğərə xatir indidən eyləməyin su söhbəti
Xali qədəhlər əldədi saqiyə var xəcaləti
Fatimə mehridir Fərat, oğluna vermir ümməti
Xeymədə gəhvareyi-Əsğərə qara çəkdilər.
Səsləyir Sahibəz-Zəman sinəzənani aləmi
Qara libasızı geyin, gəldi Hüseyn Məhərrəmi
Verdi nişan məlkələrə Fatimə qanlı pərçəmi
Ahilə ərşi-əzəmu-əkbərə qara çəkdilər.
Qanə Hüseyni az qalır əhli-sitəm boyandıra
Kufə rəiyyəti gəlir xeymeyi-şahi yandıra
Başları nizəyə vura, sinədə at dolandıra
Gör hamı kuyi-bərzənə yeksərə qara çəkdilər.
Ah, o zamandan istədi, Şimr kəsə Hüseyn başın
Təllidə Zeynəb ağladı, səslədi dadə qardaşın
Açdı Səkinə başını, tökdü Rüqəyyə göz yaşın
Xeyməsərayi itrəti-Heydərə qara çəkdilər.
Qarə yel əsdi, batdı gün, qüdsiyan əlaman dedi
Yerdə Hüseyn cənazəsi, nizədə baş azan dedi
Köynəyini apardılar, Fatimə baxdı can dedi
Əhli-Mədinə mərqədi-madərə qara çəkdilər.
Kəlami Zəncani
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto