21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əbbas ola gər aləmə sultan, əvəz olmaz!
29.11.2018

Əbbas ola gər aləmə sultan, əvəz olmaz!
Hər kimdə ki, var qeyrətu-vicdan, əvəz olmaz!

Olmadı deyən Şimrə ki, ey kəlbi übeydi,
Əbbas Əli oğludu, nə talibi Reydi,
Qardaşını movla çağıran bilməz ögeydi,
Düzdü anadan ayrıdılar, qan əvəz olmaz.

Əbbasa verəndə o zinazadə nəsihət,
Fərmayiş edib, sakit ol, ey kani şəqavət,
Zay eləyib əqlini təhsili riyasət,
Rey vədəsinə sahibi iman əvəz olmaz.

Min can mənə gər bəzl eləyə Xaliqi-Sübhan,
Min canımı verrəm elə bir qardaşa qurban.
Əkbər telinin hər tükü min Yusifi Kənan,
Hər kipriyi min huriyi-qılman əvəz olmaz.

Şahın bu yaman gündə qəvi ləşgəriyəm mən,
Öz qardaşımın arxasıyam, yavəriyəm mən,
Yəsribdə yanan bir qapının nökəriyəm mən,
Hər təxtəsi min təxti Süleyman əvəz olmaz.

Sərləşgəriyəm bu gecə sərbaz yerində,
Verrəm keşiyin aşiqi canbaz yerində,
Asudə yatışsın balalar naz yerində,
Sübhə kimi bu evdə nigəhban əvəz olmaz.

Get ləni Həqq ol xamiyə yazdı belə namə,
Öldürrəm əgər sözlərinə versən idamə,
İndi nə üz ilən qayıdım səmti xiyamə?
Qızlar nə bilir farisi şəcan əvəz olmaz?

Bilsə bala qızlar salacaq aləm ara şur,
İstəkli Rüqəyyəm olacaq xatiri rəncur,
Məcburam edəm Əkbəri bu mətləbə məmur,
Əkbər deyə, əlbəttə, əmican, əvəz olmaz.

Hərçənd o namə təbəqi batilə düşdü,
Amma yenə də xeymələrə vəlvələ düşdü.
Əbbas gəlincə sözü dildən-dilə düşdü,
Bilmillər vəli ol məhi taban əvəz olmaz.

Gəldi qərəz öz xeyməsinə mahi dilara,
Qardaşlarını başa yığıb eylədi nəcva,
Eylir bacılar aqibəti əmrə tamaşa,
Qorxur hamı tək Zeynəbi nalan əvəz olmaz.

Zeynəb dedi bu mətləbi asan sanıram mən,
Getməz, vəli getsə hamıdan çox yanaram mən,
Tək qoymaz Hüseyni, onu çoxdan tanıram mən,
Canım o uzun əllərə qurban əvəz olmaz.

Qardaşları başında çıxıb xeyməsəradan,
Xəcalət təri alnından axır şərmu-həyadan,
Dörd əl yapışıb daməni şahi şühədadan,
Ərz eylədilər əldəki daman əvəz olmaz.

Ətrafidə hər kim var idi rəngi pozuldu,
Əşgilə tamaşaçıların gözləri doldu,
Durdu əvvəl Əbbas və Hüseyn qol-boyun oldu,
Ərz etdi ağa adəti xuban əvəz olmaz.

Bir əl ki, onu aldı ələ şahi vilayət,
Verdi əl-ələ qardaşı qardaşa əmanət,
Ayrılmaz o əllər belə gün, bir belə saət,
Can üstə atam yazdığı fərman əvəz olmaz.

Rəhim Münzəvi Ərdəbili