23 Noyabr 2024 - 23
Qəməri Bəni Haşimin (ə) ürəkyandırıcı əhvalatı
Olub qollar qələm, Allahu Əkbər
Əsib qanlı ələm, Allahu Əkbər
Su məşgin gözlərindən çox gözətlir
O səqqayi-hərəm, Allahu Əkbər
O əllər ki, gəzərdi əllər üstə
Havadan od tökərdi səflər üstə
Həmin əllər düşüb xakistər üstə
Qiyamətdir o qolsuz peykər üstə
Yağır xəncər havadan xəncər üstə
Durub sabitqədəm, Allahu Əkbər
Hezar əfsus, o sərdari girami
Görənmir dorəsində əhli Şamı
Atın öz boynuna düşmüş licamı
Tutub öz başına səmti xiyamı
Səkinə gözləyir əldə su camı
Deyir hey dəmbədəm, Allahu Əkbər
Dedi ey mərkəbim, səmtin dolandır
Qayıt bu getdiyin yoldan amandır
Gözü yolda Rüqəyyəm bağrı qandır
Məni qaytar yenə qana boyandır
Və lakin teşnələrdən az utandır
Suyum yoxdur gedəm, Allahu Əkbər
Vəfalı mərkəbi rəzm azmudə
İtaət eylədi ol kani cudə
İki şəhr əhli səf-səf, tuda-tudə
Ediblər həmlə bir qolsuz vücudə
Rükuya getdi ta düşsün sücudə
Dedi ya zilkərəm, Allahu Əkbər
Hüseyn, cami əcəl mərdəfkən oldu
Vücudum hərbədən ruyintər oldu
Açıb gül sinəm üstü gülşən oldu
Bədən göz-gözə misali coşən oldu
Gəl indi görməyən göz roşən oldu
Gəlib Zəhra nənəm, Allahu Əkbər
Nə gördü bilmirəm, etdi bəhanə
Tutub üz xeyməgahə yanə-yanə
Təqaza eylədi şəhdən acizanə
Qonağın gəldi, gəl ver müjdəyanə
Əlim yoxdur verəm xeymən nişanə
Kəsilmiş əllərim, Allahu Əkbər
Rəhim Münzəvi Ərdəbili