27 Oktyabr 2025 - 27
Qeyrət dağının ləfzinə mənadı Əbəlfəzl
Heybətdə qiyamət kimi üzmadı Əbəlfəzl
Sel misli hücum eylədi ədadə bilirdi
Seldən eləməz vahimə dəryadı Əbəlfəzl
Hərgiz ona təsir eləməz cilveyi aləm
Çünki özü bir aləme-əladı Əbəlfəzl
Hikmət qədəhin istəsən Əbbasə dəxil ol
Sirab eliyər canuvi səqqadı Əbəlfəzl
Həm torpağa qolsuz yıxılan mahe-münəvvər
Həm göyləri seyr eyliyən ənqadı Əbəlfəzl
Dünya nə qədər var, diridir məntiqi-Əbbas
Başdan başa çün cövhəre-quyadı Əbəlfəzl
Seyyid, əgər aləmdə gözəllik tələb etsən
Yad eylə Əbəlfəzli ki, zibadı Əbəlfəzl
Seyid Əli Əkbər Ocaqnejad
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto