21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Zeynəbin eşqi ta əzəl, səndə qərar olub şəhid
18.12.2018

Zeynəbin eşqi ta əzəl, səndə qərar olub şəhid
Nuş edəsən şəhadətin, ali nübar olub şəhid

Döy qapısın bibim verər, şərbətin ən şirin payin
Şərbəti-cənnət eşqilən, gözdə xumar olub şəhid

Başi kəsik ağam sayaq, niyzədə çıx danış gülüm
Söylə Əlidən ayrılan, daimi xar olub şəhid

Zalim əliylə düşmənin,zərbə dəyib o qan dolan,
Gözlərə canimiz fəda, nuru ki var olub şəhid

Zəncirə Zeynəbin qolu, bağlana qoyma bir daha.
Yetsə buna vələdzina, dərdi-qubar olub şəhid

Ali-Səudu məhv ola, nokəridir yəhudinin
Yəni atıb bu qeyrəti, şeytana yar olub şəhid

Fərdiyə eşqin ey qərib, təsir edib nə həddə gör,
Gözləri nəm xəcalət üz, ruhu şərar olub şəhid

Qəzənfər Fərdi.