21 Noyabr 2024 - 21
Bilin Əbbasi Əli, çün o vəfadar mənəm,
Naibi şiri-Xuda, Heydəri Kərrar mənəm.
Yox bərabər mənə aləmdə, əya qövmi ərəb,
Zərbi şəstimlə, bilün, tab eləməz Şami-Hələb,
Gəlmisiz bir nəfərin üstünə yüz min nə səbəb?!
Bir Hüseyn qardaşıma yavəri-ənsar mənəm.
Çəkərəm qeyzi-qəzəblə bu zaman tiği-sənan,
Edərəm su yerinə indi bu səhraləri qan,
Nədi leşkər, nədi bu qövmi Ömər Sədi, Sənan,
Eylərəm yox hamısın ziyqəmi-xunxar mənəm.
Yoxdu bakim yüz ola min bu qədər leşkəridən,
Çün şücaət yetişib irs mənə Heydəridən,
Tökərəm qan, alaram can nə qədər sizlərdən,
Naibi şiri-Xuda, Heydəri Kərrar mənəm.
Açdı şahbazi kimi Heydər əduvva pəri bax,
Qorxudan Şimri, Ömərdən kəsilib nitqi məlal,
Qeyz ilə həmlə edib leşkərə çun Rüstəmzal,
La fətanın balası, aləmə sərdar mənəm.
Çünki dəvayə başında var idi eşqi-həvəs,
Dəmbədəm nərə çəkərdi, salıb aləmlərə səs.
Kəsilib qövmi-Ömərdən o zaman nitqi nəfəs,
Mürtəza oğlu, Hüseyn qardaşı salar mənəm.
Göndəribdür məni davayə o şahi-mədəni,
Qaçmeyün hazir olun cəngə, əya qövmi-dəli,
Bir belə gündən ötür bəsləmişəm bu bədəni,
Naibi mənqəbəti Heydəri-Kərrar mənəm.
Yol verin, abi Fərata gedim, ey qövmi dəqa!
Bir Xudadan utanın, bircə edün şərmi-həya,
İznim olsaydı, edərdim sizi bir mərrə fəna,
Qalmışam Kərbübəla içrə giriftar mənəm.
İçmədün sən su özün, baxdün o ali nəsəbə,
Xeymədə teşnə qalan şahi Hüseyni ərəbə,
Qurban ollam belə bu qeyrəti həqqi ədəbə,
İçmərəm mən bu sudan eylərəm iqrar mənəm.
Su ilə məşqini doldurdu o dəm mala mal,
Gətdi tək puyi atın bəzmilə ba əzmi-xitab,
Qoşuna vurdu qılınc eylədi çün ahi fəğan
Nərə çəkdi dedi Əbbasi-ələmdar mənəm.
Dögülüb kusi dəhül təbli-nağara vurulub,
Tazədən hökm olunub leşkərə səflər qurulub,
Bir içim sudan ötür yüz minəcən can qırılıb,
Sahibi-tiqi-dusər ziqəmi-xunxar mənəm.
Yetişib abi-Fərat üstə olub daxili ab,
Dedi tez iç bu sudan teşnəsən əz bəsgi üqab,
Alıb ətrafımızı qövmi-dəqa misli-səhab,
Bir içim su aparım Əsğərə naçar mənəm.
Tut əlindən bu Axundun iki dünyadə, ağa!
Var onun könlü həqiqət bu təmənnadə, ağa!
Şərmüsər olmasın ol mənzülü üqbadə, ağa
Ruziya həm əli boş bəsgi günahkar mənəm.
Rəbbani Xalxali