Ta qiyamət bu camaat gər əbaya bürünə.
Heç biri Ali Əba adlana bilməz vallah.
Analar həştə kimi Həzrəti Məryəm gətirə.
Biri Zeynəb xanıma oxşaya bilməz vallah.
Axtarırdım bir nəfər həm şəni, mənsəb Zeynəbə
Oxşuyur gördüm fəqət dünyada Zeynəb Zeynəbə
İsmətullah idi Zeynəb eləmə ayrı xəyal
İsmətullaha biri çəp baxa bilməz vallah.
Özü bir şir idi qeyrətli Əlinin qızıdır.
Biri Zeynəb başına əl ata bilməz vallah.
O da bir hikmət idi Şimrə (l) əsir oldu Xanım
Əhli del olmasa sirrin qana bilməz vallah.
Bağiban oldu Huseyndən sonra din gülşəninə.
Bağibansız nəki gülşən qala bilməz vallah.
Dedi, qardaş qolumu bu ipə sən bağlamısan.
Yoxsa heç kim qolumu bağlaya bilməz vallah.