23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Yendi zalımları o zərif çiçək
21.01.2019

Zirvəsi hardadı fədakarlığın?
O zirvələr dağlar qədər qocadır.
Fədakarlıq nədir? yaxşı nə varsa,
Zeynəb bütün zirvələrdən ucadır.

Bu ümmətə görən varmı dünyada
Zəhra kimi, Zeynəb kimi yanası ?!
Nuhun gəmisindən daha əmindir,
Kərbəlanın müsibətlər anası.

Odur zalımların belini qıran,
İffətlə zilləti çevirən külə.
Susuz nəfəsiylə dualar edib,
Qup-quru səhranı döndərən gülə.

Qadın tək yeganə qadındır ki, o,
Bütün imamətin yükünü çəkib.
Allaha imanın hüdudsuzluğu
Qəlblərə məhəbbət toxumun əkib.

Zəriflik zəiflik demək deyildir,
Xanım bunun baris nümünəsidir.
Ta qədim illərdən məhşərə qədər
Qeyrətin, namusun nişanəsidir.

Dünya yaranandan, deyərdim ,bəlkə,
Ən ağır Zeynəbin imtahanıdır.
Yendi zalımları o zərif çiçək,
Çünki O, Allahın qəhramanıdır !!!

Zamiq Kövsəri