23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Yenə gəldi mahi Məhərrəmin hamı batdı matəmə
19.01.2019

Məhərrəmin əvvəli-Həzrət Abbasın (ə) şəhadətinə işarə

Yenə gəldi mahi Məhərrəmin hamı batdı matəmə ya Hüseyn

Ver icazə adını şiələr yaza qarə pərçəmə ya Hüseyn

Tökülür gözüm yaşı damənə bu nə dərdim olsa dəvasıdı

Hamı qara köynəklə gəzir, hamı yerdə nöhə sədasıdı

Xəbər alsalar kim ölüb, yenə deyərəm ağamın əzasıdı

O ki, dərdi var edir adını ürəyində zəmzəmə ya Hüseyn

Bilirəm edər mələk arzu ola nökər Ali-Peyəmbərə

Demirəm ki, nökərinəm vəli var əlaqəm itrəti-Heydərə

Əli Əsğərə görə əmr elə yaza Əkbər adımı dəftərə

Çox inayət eləmisən mənə odur qaneyəm kəmə ya Hüseyn

Ağacan kimin qapısın döyüm ki, sənin kimi ola zül-kərəm

Kərəmindən eyləmə naümid bu gedanı ey şəhi möhtərəm

Aç o bağlı yolları ilbəil gələ şiələr dola boş hərəm

Bizi məhrəm elə özün buyur açıqdır yol Məhərrəmə ya Hüseyn

Səni and verirəm o hala ki, yerə dadixahını yıxdılar

Su yanında topraqa hamili-ələm sipahını yıxdılar

Dedi gəl harayıma seyyidi mən bipənahını yıxdılar

Aparıb o cəzəbə xiyamidən səni nəhri-Əlqəmə ya Hüseyn

Gözü qanlı baxdı cəmalına dedi ey-şəhi zəmən ağlama

Mühəmmədi Mustafanın nəvəsi, Əbul Həsənin oğlu ağlama

Sənə can dodaqda mən ağlıram başım üstə bari sən ağlama

Durub əllərindən öpənmirəm, odur düşmüşəm qəmə ya Hüseyn

Calanıbdır gərçi su məşkidən, əmisin Rüqəyyə əmin bilər

Yetir ol əmanəti Zeynəbə, özü ahımın əsərin bilər

Ələmimlə məşki Mədinədən necə saxlar Ümmü-Bənin bilər

Mənə nohə kim desə, su sözün oxusun müqəddəmə ya Hüseyn

Quruyubdu gərçi dodaqlarım, mən əzizi-saqi-Kosərəm

Babam əldə su gətirib vəli gözəlim sən içməsən içmərəm

Ağalıq varındı ağasan mənə, Əli oğluyam sənə nökərəm

Bu şərəflə eylərəm iftixar şühədayi aləmə ya Hüseyn

De bacın halal eləsin əgər ona yaxşı qardaş olanmadım

Suyu xeyməyə yetirənmədim qəmi-qüssədən qurtulanmadım

Hələ dərdim artdı gələndə, sən başına əqəlli dolanmadım

Sənədi-cihadimi möhr elə, verim ömrə xatəmə ya Hüseyn

Şəbi-rehlətində atam səni mənə tapşırıb, məni də sənə

Nə gözəldi axər ömridə alasan sınan başı damənə

Gələ Mürtəza şahi la fəta, deyə mərhəba sənə, həm mənə

Bu şikəstə qəlbi nişan o vəliyyi-əzəmə ya Hüseyn

Utanır gözüm gözünə baxa, necə gizlədim bu xəcaləti

Hərəmində saqiyi-itrətəm vəli olmuşam su xəcaləti

Dolu kasədir ala gözlərin, ağla göz yaşıyla yu bu xəcaləti

Ki, bu göz yaşın sənin abiru verib abi-Zəmzəmə ya Hüseyn

Nəzər et Kəlamiyə, ya Hüseyn ki, öləndə nur ala gözləri

Ağa razı olma çıxanda can, nigəran onun qala gözləri

Başına dönüm, başı üstə gəl, görə son nəfəs ala gözləri

Özün istə təziyəsi düşə dəheyi-Məhərrəmə ya Hüseyn

Kəlami Zəncani