03 Dekabr 2024 - 3
Zeynəbin adı
Zeynəbin adını yaz sinədəki dəftərinə
Ürəyin başını döndər Xanımın minbərinə.
Çıx o minbərdə dayan, səsləgilən Ya Zeynəb!
Bəlkə onda yetişə nalən o ismət dərinə.
Zeynəbin adını et qəlbidə islam ələmi
O adın zikri dəf eylər, neçə min dərdi-qəmi
Elə ki, Zeynəb adın qəlb evinə səbt elədin,
Eləmə başqa xəyal, al ələ sındır qələmi.
İndi ki, yazdın o adı, qoruyub saxlagilən,
Açma bir özgəsinə, can qapısın bağlagilən.
İftixar eylə o ad ilə şüar eylə onu
Çəkib adın, ürəyin düşmənin dağlagilən
Bu adın ətri necə məst eləyib üşşaqi,
Bu ada müştəri mövladır, Hüseyn müştaqi
Adı hər yerdə çəkilsə olacaq nurani
Bu şərafətdə yaratmış onu Nur Xəllaqi
O Əlinin qızı Zeynəbdi, onun qeyrəti var
Həzrəti Fatimə Reyhanıdı çox isməti var,
O Hüseynsiz qala bilməzdi, Hüseyn Zeybəbsiz
Bu nə cür mehri-məhəbbəti bunun illəti var
Kərbəlayə O Hüseyn ilə bir etdi qədəmin,
Ruzi-Aşura sipahında durubdur hərəmin.
Düzdü Əbbas Ələmdar idi Əhli-Şərəfə
Amma Zeynəb aparıb Şamə Hüseynin ələmin
Sitəmi-cövrü-cəfa ilə necə doydu Xanım
Bu şücaətlə gəlib Şamidə ad qoydu Xanım
Elə nitq eylədi mat qoyub bütün Hüzzari
Nitqi-baliğlə Yəzidin dərisin soydu Xanım
Az qalıb xamey-udvan təməlindən bölünə
Hamı heyrətdə qalıb İtrəti-Taha gülünə
Etdi eşqilə sipər Kərbübəla məktəbini
Adını yazdı şüca dəftərinin əvvəlinə
Indi də pak hərəmi şiələrin xanəsidir
Eşqidə sadiq olan, şəminə pərvanəsidir.
Hamı divaneyi Zeynəbdi, vəli Zeynəb isə
Tək Hüseyn adına aşiq , dəli-divanəsidir
Kimdi Zeyeb?O ele misli Xanım Fatimədir
Nusxeyi-Kərbubəladən özü bir qaimədir
Kərbəla adlı kitabın əbədi naşiridir
O Hüseyn məktəbinin vusətinə xadimədir
Kimdi Zeynəb? Bu adı göydə mələk əzbər edib
Göy özü Zeynəb adın zivərinə zivər edib
Tutma tay hər xanımı, çünki onun bənzəri yox
Fəqət Allah xanımı öz-özünə bənzər edib
Qurban olsun bu canım ol Xanımın gözlərinə,
Hərəmi qismət ola, mən də dolannam sərinə
“Seyyid”-in istəyi yalnız budu Zəhra balası
Şad olar etsə qəbul nokərinin nokərinə.
Seyid Nurəddin Dərafərin