21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Saldı Hüseyn cəhanə, qovğayi inqilabi
12.02.2019

Saldı Hüseyn cəhanə, qovğayi inqilabi
Qaniylə etdi rəngin, simayi inqilabi

Tərk etdi həsrət ilə, Peyğəmbərin məzarin
Həm qəbri Müctəbanı, həm Fatimə kənarın
Üz qoydu Kərbəlayə, tərk etdi öz diyarın
Ta gəldi məskən etdi, səhrayi inqilabi

Gördü Yezidi tutmur, Allahı heç nəzərdə
Ehsas edibdi Quran, var mərəzi xətərdə
Musayi dəhri getdi, Firon ilə nəbərdə
Doldurdi cilvəsindən simayi iinqilabi

Səhrayi Kərbəladə, bərpa edib xəyamın
Yetmiş nəfər mücahid, dövrün alıb İmamın
Bir-bir dedi o qövmə, bərnameyi qiyamın
İçirtdi Əhli-Beytə şəhdayi inqilabi

Ərz eylədi İlahi, tövfiqi ver Hüseynə
Yetmiş iki fədani, qurban verim bu dinə
Üz Kəbədən çevirdim, gəldim bu sərzəminə
Ta bildirəm cəhanə, mənayi inqilabi

Mən etmişəm iradə, səhrayi Kərbələdə
Quranü-din yolunda, başım gəzə cidadə
Ya səbri ver Hüseynə, hər möhnətü-bəladə
Ya tez çıxart başımdan sövdayi inqilabi

Mülkü-əyalü-malım, yeksər Sənindir ya Rəb
Əbbasü-Ovnü-Fəzlü, Cəfər Sənindir ya Rəb
Qasim, Əliyyi Əkbər, Əsğər Sənindir ya Rəb
Cəm etmişəm bu dəştə şurayi inqilabı

Bilməz Bəni-üməyyə, Quran nədir İlahi
Quran müqabilində baş-can nədir İlahi
Cananə candan artıq, Quran nədir İlahi
Qandan yazar mücahid suğrayi inqilabi

Əl vermərəm Yezidə, düşə əlim biləkdən
Mümkün deyil İlahi, eşqin çıxa ürəkdən
Sancılsa ox ürəkdən, rədd eylərəm kürəkdən
Balinimə gətirrəm, Zəhrayi inqilabi

Mən varisi Xəliləm, bu Kərbəla Minadi
Zinət verən bu dəştə yetmiş iki fədadi
Bu sərzəmin Hüseynə, çoxdandı aşinadi
Gözlərdi xəlq olandan mövlayi inqilabi

Ağlar “Kərimi” daim, saxlar əza Hüseynə
Növhə deyər sızıldar sübhü-məsa Hüseynə
Hətmən keçər günahın yeksər Xuda Hüseynə
Var təbi atəşini şivayi inqilabı

Kərimi Ərdəbili