23 Noyabr 2024 - 23
Ey əhli aləm - gəldi Məhərrəm
Saxlar Hüseynə şiələr bu ayda matəm
Zəhra bu ayda – oxşar balasın
Ahilə başa – bağlar qarasın
Məzlum Hüseynin – saxlar əzasın
Yada salar Kərbübəlanın macərasın
Bu qəmdə şiə – matəm qurallar
Bazari şəhrə – pərçəm vurallar
Qəm səhnəsində – möhkəm durallar
Dünyanı va Hüseyn səsilə doldurallar
Yoldan yetişdi – qəm karivanı
Ta etdi mənzil – Kərbübəlanı
Mövla çağırdı – əhli-vəfanı
Axsın gərək aşiqlərin bu çöldə qanı
Əlhəqq Hüseyndir – azadə rəhbər
Əlqanı etdi – səhranı əhmər
Başı kəsildi – qət oldu əllər
Səsləndi başı nizədə Allahu Əkbər
Allah bu ildə - gəldik nəvayə
Yalvarrıq hər dəm – badi səbayə
Xəbər aparsın – Kərbübəlayə
Bizdən salam olsun o ləb teşnə fədayə
Ey şahi-dinə – biət edənlər
Həl min muinə – ləbbeyk deyənlər
Sinə vuranlar – qarə geyənlər
Təndə medali eşqidir bu pirəhənlər
Ya Rəbb behəqqi – əhli-məani
Lütf et bərati – Kərbübəlani
Qəlbdən sevindir – bu aşiqani
Allah yetir sən Neynəvayə bu nəvani
Kəlami Zəncani