21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Yenə dövran dolanıb mahi-Məhərrəm gəldi, qəm gəldi
04.03.2019

Yenə dövran dolanıb mahi-Məhərrəm gəldi, qəm gəldi
Sinəzən dəstələr əldə qara pərçəm gəldi, qəm gəldi
Ürəklər bu ayda qan olub vaveyla
Zəhra bağı xəzan olub vaveyla
Hüseyn – can Hüseyn can

Nənələr ildə açar boxçaları ahəstə
Tapşırar oğluna dur, ol ağama dilbəstə
Tikmişəm bir qara köynək sənə mən dilxəstə
Gey onu, sinə vur, mövsimi-matəm gəldi, qəm gəldi

Özgələr eşqi-Hüseyn qiymətini bilməzlər
Mərifət əhli Məhərrəmdə deyib-gülməzlər
Ey dil, üşşaqi-Hüseyn zindədilə
Eşidər əhli-xirəd, naləyə aləm gəldi, qəm gəldi

Bu əza ilə müxalif ola kim, rüsvadı
Çün Hüseyn məclisinin müştərisi Zəhradı
Anazı səsləyin ey Fatimənin övladı
Bəlkə, Məhdi bura Zəhra ilə bahəm gəldi, qəm gəldi

Ey cavanlar sizi xar olmayasız dünyada
Yandırın lalə edin şəmiləri amadə
Şəmlər söndü bu ayda hərəmi-Zəhrada
Matəmə Ruhul-Əmin qəddin edib xəm gəldi, qəm gəldi

Qəmli səhraya həmin qafilə mehman gəldi, can gəldi
Vədəgahi şühədayə şəhi-xuban gəldi, can gəldi
Kərbəla müftəxər ol dərdlərə dərman gəldi, can gəldi
Həzrəti Xeyru-Nisa Zeynəbə həmdəm gəldi, qəm gəldi

Zeynəbin yandı bu ay qəlbi qəmi-həsrətdə
Əli qardaşdan üzüldü xanımın qürbətdə
İtiribdi balaların neçəsin qarətdə
İddəni şami-qəribanda sayıb kəm gəldi, qəm gəldi

Tutdu qodalə üzün səslədi nalan qardaş, can qardaş
Gəl, yanan xeyməmizə yoxdu nigəhban qardaş, can qardaş
Qəm çəkən Zeynəbin olsun sənə qurban qardaş, can qardaş
Daxi, sənsiz yaralı təngə bu sinəm gəldi, qəm gəldi

Mən deyirdim ki, Hüseyn yaralını soymazlar
Gün evində soyulan peykərini qoymazlar
At çapıblar sinən üstə yenə də doymazlar
Nə bəla başına ey məfxəri-adəm gəldi, qəm gəldi

Şəbi-hicarnidi sən xəstə Hüseyn, mən xəstə
Damənə didədən əşkim tökülür peyvəstə
Mən yanan xeymədə, sən də gözəlim kül üstə
Gözümə görmədiyim səhnə mücəssəm gəldi, qəm gəldi

Kəlami Zəncani