03 Dekabr 2024 - 3
Ey dərdmənd, dərdə dəva Kərbəladədi,
Qorxma mərizin olsa, şəfa Kərbəladədi.
Əqlim dedi ki, beyti təvaf eylə hacı ol,
Eşqim dedi ki, beyti-Xuda Kərbəladədi.
Əqlim dedi şəbi-ərəfatın səfası var,
Eşqim dedi ki, şəbi ürəfa Kərbəladədi.
Əqlim dedi Minadə dua müstəcabidi,
Eşqim dedi həqiqi mina Kərbəladədi.
Əqlim dedi ki, səyi-Səfa qəlbi saf edər,
Eşqim dedi səfayi-səfa Kərbəladədi.
Əqlim dedi ki, zəmzəmin abi-həyatı var,
Eşqim dedi ki, abi-bəqa Kərbəladədi.
Əqlim dedi yəmin Xudavəndidir həcər,
Eşqim dedi cəmali-Xuda Kərbəladədi.
Çıx təlli Zeynəbiyyəyə,bax xeyməgahinə,
İnsan elə bilir üsəra Kərbəladədi.
İllər qara geyib vurasan başə, sinəyə,
Allah bilir ki, əsli-əza Kərbəladədi.
Hansı ürəkdi titrəməsin qətligahidə,
Xəncər əlində Şümri-dəğa Kərbəladədi.
Min həccidən gözəldi Hüseynin ziyarəti,
Miqati-seyyidiş-şühəda Kərbəladədi.
Əqlim dedi nə sözdü ələstu bi rəbbikum,
Eşqim dedi bu qövlə bəla Kərbəladədi.
Oğlun rəva görənmədi qurbanlığa Xəlil,
Yetmiş iki xəzibe-dəma Kərbəladədi.
Əqlim dedi Xuda deyib Uduni əstəcib,
Eşqim dedi məqame-dua Kərbəladədi
Əqlim dedi ki, Məkkənin ali həvası var,
Eşqim dedi o halü həva Kərbəladədi
Ya rəbb nəsib elə bütün həsrət çəkənlərə,
İndi tufaqilə rüfəqa Kərbəladədi.
Ərş əksi-Kərbəla ilə afaqə fəxr edər,
Misbahi-xəmsətun-nücəba Kərbəladədi.
Babül-həvaic həzrət Əbbasi-namdar,
Əlan əlində qanlı liva Kərbəladədi.
Həllale-müşkül oğludur səqqayi-teşnələb,
Hər günə hacət olsa rəva, Kərbəladədi.
Qalmaz Kəriminin dəxi qəlbində həsrəti,
Görsə ki, hey`əti-şüəra Kərbəladədi.
Şirkət edər əimmə Hüseyn ərbəininə,
Hər ərbəin İmam Rza Kərbəladədi.
Zəhranı sən Bəqidə axtarma ey bacı,
Gəl Kərbəlayə, xeyrün-nisa Kərbəladədi.
Əqlim dedi yer üstə hanı bir gözəl məkan,
Eşqim dedi ki, Kərbübəla Kərbəladədi.
Qalmaz Kərimin dəxi qəlbində həsrəti,
Görsə bu heyəti-şüəra Kərbəladədi.
Kərimi Zəncani