20 May 2024 - 20

20 May 2024 - 20

Quran oxu sən, natiqi Quransan, Hüseynim!
30.03.2019

Quran oxu sən, natiqi Quransan, Hüseynim.
Bilsin hamı Quranivə qurbansan, Hüseynim.

Aramımı aldı sitəmi əhli nifaqın,
Amma bu keçən şəblərə sər saldı fəraqın,
Çox başüvə müştaq idim dil əfsus saraldın,
Tutsun dedilər Xuliyə mehmansan, Hüseynim.

Gəl nizədə Quran oxu, sən, surəbəsurə,
Gah döndərirsən mətbəxi Musa kimi nurə,
Gahi qoyursan gül üzivi künci tənurə,
Gah nuki cidadə məhi tabansan, Hüseynim.

Qol bağlı çəkərlər məni hər şəhrü-diyarə,
Hər yerdə vurarlar yaralı başivə yarə,
Çarəm kəsilib, eylə, Hüseyn, dərdimə çarə,
Biçarələrin dərdinə dərmansan, Hüseynim.

Allah Özü rüsva eləsin ibni Ziyadı,
Övladi Rəsulə qoyub o, xarici adi,
Başun qabağıyca çöküri qari Minadı,
Quran oxu bilsinlər müsəlmansan, Hüseynim.

Gər versələr başın öpərəm bir də üzündən,
Silləm o tənurun külünü qanlı gözündən,
Xuli eliyən zülmü xəbər allam özündən,
Ehsas edərəm hali pərişansan, Hüseynim.

Ol dad edirəm var bacuvin bəndi tənabı,
Ya Şümri vuran qəmçilərin çoxdu əzabı,
Amma deyirəm Zeynəbivin çoxdu əzabı,
Sən peykəri, ya qeyrəti Yəzdansan, Hüseynim.

Mən şahi vilayət qızıyam duxti Əliyəm,
İsmətdə nümayəndeyi Zəhrayi Bətuləm,
Bu zülmi cəfadəndən Hüseyn cani məluləm,
Mən naqədə, sən nizədə nalansan, Hüseynim.

Ey kaş, anam Fatimə gəlsin bu diyarə,
Etsin özü öz bəslədiyi barə nəzarə,
Başüvə rəvadır vuralar bir belə yarə,
Gülşəndə solan gül kimi xəndansan, Hüseynim.

Bax gör necə bir halı pərişandı Ruqəyyə,
Zəcri sitəmi cövridə odlandı Ruqəyyə,
Həm xəstədi, həm acdı, həm ətşandı Ruqəyyə,
Al könlünü, qəmxari yetimansan, Hüseynim.

Qardaş, bu həmən şəhridi, Zeynəb sənə qurban.
Hər övrətin halını soruşdum məni nalan,
Bir ömri oleydi mənə fəxriyyə, sənə xan,
İndi mənim əhvalimə giryansan, Hüseyim.

Asi “Kərimi”nin əli boşdur, üzü qarə,
İstər gələ bir ol şeş guşə məzarə,
Bəlkə gələ qəbrindən ala dərdinə çarə,
Məhşər günü sən şafei üsyansan, Hüseynim.