20 May 2024 - 20

20 May 2024 - 20

Səni ziba yaradan davərə eşq olsun, Hüseyn!
02.04.2019

Səni ziba yaradan davərə eşq olsun, Hüseyn!
Zate pakında olan gövhərə eşq olsun, Hüseyn!
Səni ərşə aparan şəhpərə eşq olsun, Hüseyn!
Ya Hüseyn zikr eyliyən dillərə eşq olsun, Hüseyn!

And ola qızlarının dildəki nisgillərinə,
Zeynəbin Kərbu-bəlada çox olan qəmlərinə,
Əkbərin gözlərinə, Qasımın tellərinə,
Ucaboy qardaşının məşki tutan əllərinə,
Dini sən hifz elədin yeksərə eşq olsun, Hüseyn!

Aşiqə fərq eləməz Kəbə və bütxanə və deyr
Harda yad olsa, ora qiblədi üşşaqə nə ğeyr,
Şüzəb, Hənzələ və Cündəb və Hürrilə Büreyr
Şühəda şeyxi Həbib ibn Məzahirlə Zühəyr,
Müslim Övsəcə və amirə eşq olsun, Hüseyn!