21 Noyabr 2024 - 21
Hər məhərrəmlər – cuş edər qəmlər.
Düşmənin kaxin yıxar bu qara pərçəmlər.
Oldu bu ayda – din evi viran,
Batdı alqanə – şahi-məzluman,
Öldü ləb teşnə Hüseyn, ta ölməyə Quran.
Teşnə qurbana – Mustafa ağlar,
Fatimə oxşar – Mürtəza ağlar,
Vay Hüseynim vay, deyib, əhli-səma ağlar.
Puri-Zəhra bir – imtahan verdi,
Qətligah içrə – teşnə can verdi,
Olmadı su, gülşəni İslama qan verdi.
Ta bu nehzət var – şiə xar olmaz,
Haqq bənasında – inkisar olmaz,
Məktəbi-sorxi-Hüseyni ləkkədar olmaz.
Keçdi ol mövla – can bahasından,
Dəydi ox qəlbi – por səfasından,
İndi də qanı axır peykan yarasından.
İştihab eylir – cümlə fasiqlər,
Nehzəti saxlar – zində aşiqlər,
Bu Hüseyn bəzmin poza bilməz münafiqlər.
Xətti Aşura – xətti Qurandı,
Sərbesər bu yol – qırmızı qandı,
Xətti sorxi Kərbəla, xətti şəhidandı.
Keçdi canından – puri Peyğəmbər,
Ta qala baqi – nuri Peyğəmbər,
Mubemu icra olar dəsturi Peyğəmbər.
Kəlami Zəncani