03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Ey dəsti dilrübası müşkülqoşa Əbəlfəz
17.04.2019

Ey dəsti dilrübası müşkülqoşa Əbəlfəz
Dəsti girehqoşayə canlar fəda Əbəlfəz

Bizlər hər il quranda təşti əza çağırrıq
Qara geyib dollannıq sübhu-məsa çağırrıq
Hər dərdə ki, tapılmaz qəti dəva çağırrıq
Yəbnəl-Həsən özün gör hardan-hara çağırrıq
Biz dərdiməndi miskin, sahib əta Əbəlfəz

Əbbasi bavəfadır əvvəldən əsil adı
Əşhər küniyyəsindən Əbulfəzl məhliqadı
Əlqabı Əbdi-Saleh, Əlmüstəcar və Fadi
Həm Zeyğəm və Məvasi, həm sahibi livadı
Səqqadı, Babi Hacət, Bəhri Səxa Əbəlfəz

Mətlubi tacdaran, sədri səfi nəali
Məqsudi şəhriyaran, cudi kəfi nəvali
Rədd olmayıb dilindən heç sailin sualı
Sidqən əl açsan etməz məyus və dəstixali
Hər dərdin olsa qorxma eylər dəva Əbəlfəz

Türkani azəridə bir iddeyi qəlili
Yad eylər and içəndə bir mahi bibədili
Olsun qəsəm o şəxsə möcüzdə vurdu sili
Ecazilən çırağan etdi o Ərdəbili
Bir binəva demişdi sidqilə ya Əbəlfəz

Ey dərdiməndi miskin gəl səndə gahigahi
Etsin sənə müdava bu aləmin pənahı
Rizqi gəda azatmaz məcmuyi gənci şahi
Kuhi səxavətindən kafidi pərri kahi
Rəhmət yağar səmadan etsə dua Əbəlfəz

Bir şairi ərəb ki, vermiş məsəl setizə
Yazmış Bəni Kilabi bazigərani nizə
Kimlər müqabil olsa, yoxdur məhəl qorizə
Fərqində yer verər tez şəmşiri zəhri xizə
Çeşmi Bəni Kilabə nuru-ziya Əbəlfəz

Dəvada Mürtəzatək hər yerdə görsənərdi
Şəmşiri həmzaman bərqi bəla enərdi
Başlar havada guya əl-ğovs səslənərdi
Zeynəb qanad açardı, qızlar həvəslənərdi
Hərdəm ki, səslənərdi ya Mürtaza, Əbəlfəz

Amma eşit bir az da mehrabi taətindən
Xalis ibadətindən, ziba tilavətindən
Vazehdi Əbdi-Saleh misdaqi heybətindən
Atdan düşəndə hətta səcdə məhəbbətindən
Düşdü üz üstə etsin Həqqə səna Əbəlfəz

Amma kəramətindən kafidi bir hekayət
Ümmül-Bənin evində bərpa edib qiyamət
Bayram günü yetişdi bir şəxsi bihüviyyət
Fikr etdilər gətirmiş Əbbasa ərzi hacət
Səsləndi aşinalar va həsrəta Əbəlfəz

Durdu təhiyyə görsün forən oğul anası
Bir qədri mali dünya, bir müxtəsər libası
Qaytardı sail amma ərşə çıxıb nəvası
Sən get xanım xəbər ver, gəlsin evin ağası
Hər kim eşitdi birdən səsləndi va Əbəlfəz

Sail dedi: keçən il lütfü müfəssəlindən
Verdi ağam ətaya dəsti mücəlləlindən
Sərmayəm aşdı-daşdı iş döndü əvvəlindən
Qurbanı olam indi gəlsin öpüm əlindən
Birdən dedi kənizlər ey vay ağa Əbəlfəz

Ümmül-Bənin tutuldu qəlbi mükəddərindən
Aldı qucağa oğlun hey öpdü gözlərindən
Bir bax dedi bu tiflə əzayi peykərindən
Əbbasa bənzər olsa, öp xırda əllərindən
Eylə məhəbbət olsun, səndən riza Əbəlfəz