21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Yanan dilim Hüseyncan – yanır məhəbbətində
19.04.2019

Yanan dilim Hüseyncan – yanır məhəbbətində
Mərizinəm gözüm var – o qanlı türbətində
Hüseyn, Hüseyn, Hüseyncan
Hüseyn şəhidi Quran

Bu qəmli neyistanda – nəvayə gəlmişəm mən
Qara geyib yasında – əzaya gəlmişəm mən
İnayət eylə babi – ətaya gəlmişəm mən
Bu əhli eşqi saxla pənahi rəhmətində

Qapında sailəm mən – üzüm qara əlim boş
Yaz adımı mənim də – qara geyənlərə qoş
Düşər dəxil həmişə – dəri təbibə naxoş
Ki var gözü mərizin sənin təbabətində

Əzizi Mustafasan – ürəklərə səfa ver
Ey aləmin təbibi – mərizlərə şəfa ver
Darıxmışıq yaralı – bərati Kərbəla ver
Yanır qülubi-şiə şərari firqətində

Nə vaxt olar öpək biz – o qanlı asitanı
Yuyaq bu göz yaşıyla – hərimi aşiqani
Qayıtmırıq bu yoldan – balam Rüqəyyə cani
Qəsəm xülusi eşqə varıq iradətində

Sən aləmə səfasən – nigari bavəfasan
Qəribi şəhri-vəhdət – qülubə aşinasan
Əzizi cani Zəhra – şəhidi Neynəvasan
Tərənnümi əza ver – nəvayi vəhdətində

Hər il Məhərrəm ayı – tutar cahanı qəmlər
Diyari mərifətdə – əsər qara ələmlər
Xamuş olar çıraqlar – yanar yasında şamlar
Dolannıq izzətilə – şüayi tələtində

Kəlami Zəncani