21 Noyabr 2024 - 21
Dilsiz balam ətşandı Allah, Allah
Öz dininə qurbandı Allah, Allah
Soldu, saraldı güllərim cəfadən
Bir bu qalır gülzari Müstəfadən
Yox bir içim su od yağır həvadən
Bu süd əmər odlandı Allah, Allah
Soldu Rübabın qönçeyi muradı
Kam almasın bu leşgəri fəsadı
Etmiş bizə təhrimi iqtisadi1
Su yolları bağlandı Allah, Allah
Su istədim bu qövmi bihəyadən
Şərm etmədi əhli cəfa Xudadən
Ox dəydi həlqidən çıxıb qəfadən2
Oğlum susuz Oxlandı Allah, Allah
Əhli Əraqın kinədir şüari
Oxlar bələkdə tifli şiri xari3
Əlvan olub alqanilə üzari
Bir gül kimi xəndandı Allah, Allah
Ərz eylərik biz ya İmami məzlum
Oxlandı ağuşundə tifli məsum
Bir zülm edib küffariyani başum4
Şümr öz cəfasın dandı Allah Allah
Bir ox qoyubdur Hərmələ kəmanə
Etdi Hüseynin Əsğərin nişanə
Min südəmər İranda batdı qanə
Min sinələr dağlandı Allah, Allah
Əhd etmişəm səbr eyləyəm bəladə
Yetmiş iki qurban verəm Minadə
Batam qanə bu yolda Kərbəladə
Zeynəb gələ əfqanə Allah, Allah
Mən dinimə qurban olan Hüseynəm
Quranə poştiban1 olan Hüseynəm
Mən hamiye Quran olan Hüseynəm
Can bezl edən cananə Allah, Allah
Əhli-əyalım, qardaşım, cəvanım
Dinə fəda hətta bu xəstə çanım
Eşqinlə dolmuş püstü-üstüxanım2
Ləbriz olub peymanə Allah, Allah
Ya Rəbb behəqqi Xatəmi-Risalət
Eylə vücudin rəhbərin salamət
Eylər “Kərimi” inqilabə xidmət
Bu nehzətə qurbandı Allah, Allah