21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Gördü qoşun şibhi-Peyambər gəlir
29.04.2019

Gördü qoşun şibhi-Peyğəmbər gəlir
Rəzmə, ala göz Əli Əkbər gəlir
Əlində şəmşir, Hüseynə yavər,
Dilində zikri Allahu əkbər

Surəti on dörd gecəlik mahi tək
Qeyzidən əzası əsir kahi tək
Ərşeyi-zin üstə yədullahi tək
Rübülüdür Qabizil-ərvahi tək
Qəsd eliyib yıxmağa Xeybər gəlir

Titrədi ləşgər uca təkbirilən
Şirləri heyrandı bu Həq şirinə
Bir hərəkət gər verə şəmşirinə
Salsa otuz min nəfəri girinə
Həmleyi-əvvəldə müzəffər gəlir

Başda fərəh bəxşidi əmmaməsi
Qaməti rənası zireh caməsi
Var rəvişində xətər həngaməsi
Çün görünür ayrıdı bərnaməsi
Mərkəb açıb quş kimi şehpər gəlir

Görmüş idi kimsənə Peyğəmbəri
Tez ona təşbihi verib Əkbəri
Bir-birinə söylədi bu sözləri
Yusifi Kənan idi ya digəri
İbni Rəsulullaha yavər gəlir

Olsa Peyəmbər bu gələn şəxs əgər
Zəhmətimiz vay bizə getdi hədər
Ləblərinə versə təkan müxtəsər
Qüdrətilən ərşi yerə endirər
Etməyə şəqqül-qəmər əzhər gəlir

Dəhridə yoxdu ona həmtay kişi
Tiğinin əldə belə var ləğzişi
Versə bu cəngahidə bir çərxişi
Bizlərin Allaha qalıbdır işi
Xirməni-küfrə tökər azər gəlir

Qaçdı verən tiplərə arastələr
Çıxdı yerindən pozulub dəstələr
Düşdü üz üstə yerə at üstələr
Tapdı şikəst dirhəmə vabəstələr
Buldu öz amalına keyfər gəlir


Gördü Ömər Səd bu keyfiyyəti
Tez tanıdı Əkbəri məh tələti
Səslədi əşxasi duni fitrəti
Verdi xəbər ləşgərə fövriyyəti
Bu nə Pəyğəmbərdi, nə Heydər, gəlir

Ey qoşun amadeyi-peykar olun
Sədd eliyin tez bu cavanın yolun
Bu gələn Əkbərdi tutun sağ-solun
Himmət edin qoymuyun açsın qolun
Açsa qolun dadə mələklər gələr

Verdi qulaq əhli qoşun yeksərə
Gördülər həmd etdi Həqqi-Davərə
Söylədi salavat o Peyğəmbərə
Etdi təvəssül babası Heydərə
Başladı söz əvvəl o axır gəlir

Etdi bəyan: Xaliqi Mütləq bilin
Yüz neçə min qasidini haq bilin
Cəddimi onlaridən əsbəq bilin
Dinə verib məntiqi rövnəq bilin
Kim ona şənidə bərabər gəlir