22 Noyabr 2024 - 22
Hüseynim, ey Fərat, söylə, bu səhradan keçib ya yox?
Suyundan təşnə can vermiş Əli-Əkbər içib ya yox?
Hayandır Kərbəla, qoyma məni gəl nabələd böylə,
Nişan ver yar gedən səmti məni-zarə dəva eylə,
Gözüm nuri Hüseynimdən nigaranəm, xəbər söylə,
Bilim yetmiş iki qurban xəlayiqdən seçib ya yox?
Qurubmu Zeynəbü Leyla Əli-Əkbər qəmində yas,
Ədalətlə danış bir-bir imamə göstərib ixlas,
Sənə bir məşk su üçün gələndə Həzrəti Abbas
Qılınc ilə yarıb səflər qoşun-ləşkər biçib ya yox?
Xəbər ver Hürri-meydangərd olubmu cismdən azad,
Cırıb üz qətli-Qasimçün edibmi novərus fəryad,
Nə əhvalat veribdir baş, de bir, ey sahili bərbad,
Əli-Əsğər qitaliçün yayından ox uçub ya yox?
Qəribəm, ey Fərat, rəhm et, sükutundan, bu gun əl çək,
Bəyan et Kərbəla halin, bilim ta ki nədir gerçək,
Əlində Zülfugar tutmuş Hüseynim Şahi-Mərdan tək
Gözündən ərseyi-cəngə qığılcımlar saçıb ya yox?
Tutubmu Şama yol nalan əsirlər ahü zar içrə?
Qalıbmı xaki-qürbətdə Səkinə dar məzar içrə?
Gedibmi Şahimin başi cidadə bu qətar içrə?
Gözü giryan əsirlərçün Xuda bir yol açıb ya yox?
Mənə hər cür gözəllikdən gözəldir verdiyin təsvir,
Bu halı bab-bab söylə daha gəl eyləmə təxir,
Danış Şahi-Şəhidanın qəmin, sonra bax öyrən bir
Qəhərdən Arifi-şeyda bu dünyadan köçüb ya yox?
Arif Buzovnalı