23 Noyabr 2024 - 23
Seyyidüş-şühədanın (ə) səfiri
Gəzir Kufəni Müslim, çəkir ah ürəyindən
Himayət eyləyən yox Hüseynin köməyindən
Minlərlə nəfər edib Müslimə beyət
Sonra nəqşə dolandı, dönüb əhdidən ümmət
Olub yarlar əğyar, qalıb bikəs o həzrət
Ki, müşkül çıxa hər zər, salamat məhəkindən
Qürubun çağı durdu dəri-Tövədə Müslim
Salam etdi, su aldı, içib qəmzədə Müslim
Görüb övrət o yerdə yol almır gedə Müslim
Soruşdu nədən əşkin axır göz qarasından
Dedi ey zəni Kufi mən əhbabə həbibəm
Davan olsa mərizəm, qəmin olsa təbibəm
Hüseyn naibiyəm mən, bu şəhrizdə qəribəm
Məluləm bu qürubun havayi-sərinindən
Dua eylədi həzrət, edib Tövəni dilşad
Dedi verdin evində mənə yer evin abad
Xüdahafiz ey övrət gəlib qətlimə cəllad
Keçib Müslim haqq üstə hamı mamələkindən
Əbbasın əmoğlusu edib Kufədə bir cəng
Nə cəng, ərsəni xəsmə Əli tək eylədi təng
Edib qan tökən əda onu tutmağa nirəng
Silahı düşüb əldən qan axdı biləyindən
Görüb xalq o səvarı piyada gətirirlər
Vəfa seydini dami-bəladə gətirirlər
Yaralı qonaq ibni Ziyada gətirirlər
Baxır sağ-sola həsrət axır qanı damardan
Olub varidi darul-imarə o dilavər
Salam etmədi durdu qolu bağlı müvəqqər
Qaraldı qəzəbindən Übeydullahi kafər
O sərdarın olub mat salam etməməyindən
Dil açdı dedi çərxi-vəfada qəmərəm mən
Özüm haşimi baği-Əqilə səmərəm mən
Haramzadə əmirə salam eyləmərəm mən
Vəfadaram, əl üzməm Hüseynin ətəyindən
Düşür yada bu halda qəmi Heydəri-Kərrar
Ki, əcdadız Əlinin edib haqqını inkar
Xanım Fatimə qaldı miyani dəru-divar
Yanır indi də qəlbim hədisi Fədəkindən
Qərəz düşmən ehanət edib naib İmama
Onu kinəli cəllad çıxartdı uca bama
Nə nəleyni ayaqda, nə var başda əmamə
Çıxıb nalə bu dəhrin səma və səməkindən
Üzün qibləyə tutdu, dedi gəlmə Hüseyncan
Sənə namə yazanlar tökür qanımı əlan
Əzizim sənə xatir kəsirlər məni qurban
Yoxum şikvə gər etsəm utannam nəməkindən
Deyir ravi: eşitdim bu söz dillərə düşdü
Yumun gözlərizi od dili müztərə düşdü
Nə gördüm uca yerdən cənazə yerə düşdü
Axıb kövkəbi dürrü məhəbbət fələkindən
Kəlami, qəmi-Müslim edər aləmi giryan
Peyəmbər ona qəbl əz viladət edib əfğan
Elə mətləi təkrar nəvaxan o pərişan
Gəzir Kufəni Müslim çəkir ah ürəyindən
Kəlami Zəncani