21 Noyabr 2024 - 21
Fəryad o zamandan ki, Şamə üsəra gəldi
Həm Zeynəbü həm Gülsum, həm Zeynül-ibad gəldi
Təxt üstə Yezid ol dəm, Şümrə dedi ey cəllad
De Kərbübəladə sən, nə zülm elədin icad
Kim oldu zəlil axir, kim oldu axır dilşad
Kim izzü-cihad oldu, kim aldı liqa gəldi
Kim oldu şəhid əvvəl–Əbbas ələm pərvər!
Ondan sora kim oldu–şəhzadə Əliəkbər!
Ondan sora kim oldu–ol Qasimi gül peykər!
Ondan sora kim oldu–ləb teşnə Ələəsğər!
Kim oldu şəhid axir–Şahənşəhi bi yavər
Hökm eylədim ol şahə bağlandı su yolları
Göndərdi sudan ötrü Əbbas Ələmdarı
Can verdi o ləb təşnə düşdü yerə qolları
Ol dəmdə başı üstə Şahi şühəda gəldi
Firdövsidə Zəhranın qırdı belini qəmdən
Nə şərmi Xudadən mən, qıldım nə Peyambərdən
Bir tiri atıb vurdum, hülqi Əliəsğərdən
Matəmzədə Zeynəb çün, həngamə bəla gəldi
Aldım əlimə xəncər, mən Şümri sitəmpərvər
Hökm eylədim ol dəmdə, bağlandı hamı səflər
Tökdüm şərər əflakə, od tutdu cəhan yeksər
Zeynəb baş açıq şamə, ol bəxti qara gəldi
Gül dəstəsi tək bağlı, övladi Əli bör-bir
Üryan dəvə üstündə, ta bəstə qolu zəncir
Daxil elədim Şamə, qıldım fələki dilgir
Min dərdə “Zəbih” ilə, bu əhli əza gəldi.