21 Noyabr 2024 - 21
Bacı qanə batdı Səqqa, de susuzlar ağlasınlar
Su yolu gözlətləyənlər başa qarə bağlasınlar
Demə ol şəhidi eşqi gətirəmmədim xiyamə
Gətirirdim etdi xahiş yoluma verəm idamə
Utanırdı bir də baxsın bu bənati teşnəkamə
De Səkinə -o- Rüqəyyə onu az sorağlasınlar
Bacı xeymeyi Əbəlfəzl göz evində qaldı xali
Yıxaram onun sütunun bilə hamı bu məlalı
Atam oğlunun düşübdü qolu cismidən aralı
Xəbər eylə Ali-Heydər bu əzanı saxlasınlar
Başımın yarası saldı bacı Mürtəzanı yada
Məni qoydu tək bu çöldə yetişib özü murada
Qolu məşgi bir tərəfdə, bədəni qalıb arada
Nigəranəm indi atlar bədənin ayaqlasınlar
De Səkinə nohə yazsın, oxusun Rübab anası
Südəmər susuzdan ölsə, ucalar ana nəvası
Dilə gəlsə şirixarə eləməz su iltiması
Qoşun az qalır balamı əlim üstə oxlasınlar
Su yanında teşnə öldü qədəhi şikəstə saqi
Su yolunda oldu fani adı dildə qaldı baqi
Uca qaməti kiçildi başı düşmədi aşaği
Gərək asimanda quşlar ona sinə dağlasınlar
Yarası çox idi əzbəs saya bilmədim bədəndə
Anamın səsin eşitdim başı üstünə gedəndə
Canı təndən ayrılanda dodağı vurdu xəndə
Dedim halına gülənlər bunu yadda saxlasınlar
Dedim axərin nəfəsdə nədi ruhunun pəyamı
Dedi şakirəm Xudayə, elədim riza imamı
Ucadı o qəhrəmanın şühədadən ehtiramı
Özü gəlmədi de qızlar ələmin qucaqlasınlar
Kəlami Zəncani