21 Noyabr 2024 - 21
Həzrət Əbəlfəzlin (ə) İmam Hüseyndən (ə) kömək istəmək növhəsi
Ələmdarın qanə batdı Hüseyn, kamə çatdı Hüseyn
Hardasan qardaş
Anan Zəhra Kərbəlayə gəlib, gəl nəvayə gəlib
Hardasan qardaş
Qolum düşdü pərçəmim yatdı
Bu halım Zəhranı ağlatdı
Seyyidi movla – seyyidi movla
Əmud ahən sındırıb başımı, tökdü göz yaşımı
Ey şəhi aləm
Başım tacı gəl dönüm başına, ağlama qardaşına
Tut mənə matəm
Başım üstə ağlayan yoxdu
Yaram vardı bağlayan yoxdu
Seyyidi movla – seyyidi movla
Ola sogənd Əsğərin canına, Əkbərin qanına
Əbdi dərgahəm
Üzün görsəm məqdəmin öpərəm, fəxr edib deyərəm
Nokəri şahəm
Qərini lütfi müdaməm mən
Ki, alullahə qulaməm mən
Seyyidi movla – seyyidi movla
Fərat üstə gəl qiyamətə bax, qəmli halətə bax
Üz-gözüm qandı
Haray qardaş şuri vəlvələdən, zülmi Hərmələdən
Məşgim oxlandı
Ürək yandı əşgbar oldum
Susuzlardan şərmsar oldum
Seyyidi movla – seyyidi movla
Kəlami Zəncani