23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Cənab Qasimin (ə) şücaəti - şeir
13.06.2019

Əla ey kufiyani bimürüvvət
Olun agah peyəmbərzadəyəm mən
İmami Müctəbanın yadigarı
Hüseynin bavəfa damadıyam mən

Verin qulaq əlan bir xeyməgaha
Suzular ahı çıxmış mehru-maha
Edin beyət bu şahi kəmsipaha
Verin su əhli-beyti bigünaha
Əgər su verməsəz ətfali şahə
Mübariz göndərin amadəyəm mən

Fünuni cəngə var tədbir əlimdə
Görülməz vəqfə -o-təxir əlimdə
Əsirimdir nəhəng -o- şir əlimdə
Olar şiri jiyan nəxcir əlimdə
Bu gün qan-qan deyir şəmşir əlimdə
Əcəl məmuru can səyyadıyam mən

Əgərçi surətim vəchul-həsəndir
Vəli vəchul-həsən əldən gedəndir
Qalan eşqi Hüseyn nami Həsəndir
Mənə cəngi zireh bir pirəhəndir
Toy etsəm xələtim, ölsəm kəfəndir
Riyasız eşqilərtək sadəyəm mən

Qərəz təslim olub əhli nəzarə
Cəmali məh cəmali tacidarə
Düşüb rixnə sipahi kin şüara
Ömər Səd, Əzrəqə etdi işarə
O da göndərdi oğlun karzarə
Ki, yəni fənnu-rəzm ustadıyam mən

Atıb nizə səgi zərrinqəlladə
Əyildi rədd edib ol şahzadə
Kəmərbəndin yapışdı biliradə
Bülənd etdi dolandırdı həvadə
Yerə vurdu o səhrayi bəladə
Dedi get əşqiya cəlladıyam mən

Dili Əzrəq yanıb bu möhnətilən
Üç oğlun yolladı foriyyətilən
Müqabil oldu ünəqa himmətilən
Yıxıb dörd kafiri üç zərbət ilən
Gəlib Əzrəq də getdi xiffətilən
Çəkib nərə ki, Heydərzadəyəm mən

Kişilən cəng edə dünyada insan
Ölüb-öldürməyə olmaz hərasan
İraq əhlində gər olsaydı iman
Deyərdim su yolun kəsməz müsəlman
Biz Ali-Mustafa, siz əhli-Quran
Əgər xaram, gülü Zəhradayam mən

Deyil şəhriz iqamətgahi mərdan
Bu şəhri Sədi Vəqqas etdi bünyan
Nə Kufə, məhdi qəflət şəhri məstan
Onun hər kuçəsi min kafiristan
Nə Kufə şirkoş, rubahxahan
Kim ilən gör səri hicadayam mən

Ömər Səd ey səgi bədbu dəmağə
Məni oxşatma nabaliğ uşağə
Varın hər pəhləvan göndər sorağə
Baxırsan olma bu ətşan dodağə
Mən ətşanəm vüsali iştiyaqə
Belə fikr eyləmə bəlvadayam mən

Baxıb Səd oğlu sərhəngani həngə
Vurub zəngi, əlamət verdi cəngə
Kamanlar kök olub yeksər xədəngə
Fəlaxunlar rəvan pərtabi səngə
Mühiti dairə hey düşdü təngə
Dedi tez gəl əmu dəryadayam mən