21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Atdan düşəndə - yaralı səqqa
17.06.2019

Xanım Zəhranın (ə) sözləri

Atdan düşəndə - yaralı səqqa
Gəldi Bəqidən – həzrəti Zəhra
Başın dilxəstə - aldı diz üstə
Dedi can bala – ey dilşikəstə
Laylay Əbəlfəzl – laylay Əbəlfəzl

Ey cani-canan – səqqayi ətşan
Qanlı gözünə - Hüseynim qurban
Tökülür əşgin – xalidi məşgin
Ağuşumə gəl – olma pərişan

Laylay Əbəlfəzl – laylay Əbəlfəzl
Ey sərvi bustan – yari bidəstan
Düşən qoluna – ağlar nəxlistan
Sinə dağlama – oğlum ağlama
Solmaz saralmaz – qanlı gülüstan

Laylay Əbəlfəzl – laylay Əbəlfəzl
Qəlbin dincələr – gözün əşg ələr
Tiri niqahın – ürəyi dələr
Gülüm darıxma – səbridən çıxma

İndi çağırram – Hüseynim gələr
Laylay Əbəlfəzl – laylay Əbəlfəzl
Ey qəm amaci – vəfa siraci
Ümmül-Bəninin – başının tacı

Zeynəbim ağlar – əzanı saxlar
Səslər vay qardaş – mehriban bacı
Laylay Əbəlfəzl – laylay Əbəlfəzl
Əşrarə baxma – küffarə baxma

Fəqət yarə bax – əğyarə baxma
Qoy sinəm üstə – başın ahistə
Sinəmdə zəxmi – mismarə baxma
Laylay Əbəlfəzl – laylay Əbəlfəz

Kəlami Zəncani