23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Az qalır gülşəni-Zəhra ola pər-pər bu gecə
24.06.2019

Aşura gecəsinin növhəsi

Az qalır gülşəni-Zəhra ola pər-pər bu gecə,
Dolanır xeymələri Zeynəbi-müztər bu gecə.

Bu gecə gülşəni-Zəhrada çıxıb ərşə nəva,
Bülbülani şəhi-din şirə gəlib va əcəba,
Mürtəza itrətinə fələk xətər yazdı qəza,
Zarü-giryandılar övdladı Peyəmbər bu gecə.

Bu gecə gördü Hüseyn də Şühəda səflərini,
Bu gecə bacısı nəvaziş eyləyir Əkbərini,
Alıb ağuşə Rübab dilsiz Əli Əsğərini,
Ana püstanına dırnaq vurur Əsğər bu gecə.

Hər baxışda baxışın qəlbimə bir oxdu bala,
Baxsın sən üzümə,dildə sözün çoxdu bala,
Əmirsən hey çəkilir çünki, südüm yoxdu bala,
Bələşib döşlərimin qanına əllər bu gecə.

Gah gözündən üzünə göz yaşını bağlayasan,
Anani yaxşı kabab eyliyisən, ağlayasan,
Balaca əllərlə sinəmi dırnaqlayasan,
Neylərəm çarə yoxumdur məni-müztər bu gecə.

Sən bala olma ətəş sən,su düşübdür yadına,
Nə südə vardı gümanım, nə də bir ` suya,
Necə mən indi deyim dərdimi Əbbas əminə,
Sənə bir cürə ala su o dilavər bu gecə.

Altı ayda məni sən yormamışdın bu sayaq,
Məni ağlatma əzizim gözümün əşkinə bax,
Gəl gedək mənlə ələmdar əminin məşkinə bax,
Sənə xatir özü məhzundu o sərvər bu gecə.

Anan ölsün üzünə su yolunu bağladılar,
Ürəyin qəmli Rübabın qəmilə dağladılar,
Südəmər bir qurbanı yaxşı qonaq saxladılar,
Su kənarında qoyub kufəli ləşkər bu gecə.

Gəh vurursan əlini ləblərə halın dolanır,
Baxır halına qəlbi ananın parçalanır,
Döşlərim qanı ilə dil-dodağın da boyanır,
Ürəyin şö`lə çəkir xoş getdi ləblər bu gecə.

Utanır səndən anan gahi qoyur üz eşiyə,
Alıram gahi qucağa salıram boş beşiyə,
Gecə vaxtı kimə dərdin anan izhar eliyə,
Təşnədir əmmələrin cümləsi xahər bu gecə.

Əsğər, ey babül-həvaic, özü həqq dinə fəda,
Kərbəlada boğazın parçaladı tiri-bicəha,
Balaca əllərlə dərdimə sən eylə dəva,
Bu Mühəmmədi dəva dərdinə istər bu gecə.