23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Yox Kufə əhlində vəfa, əmoğlu
26.06.2019

Müslümün diliycə

Yox Kufə əhlində vəfa, əmoğlu,
Qəlbdə var zülmi-cəfa, əmoğlu.

Düşmə Mədinədən Hüseyn uzağa,
Yanma mənim tək möhnəti-fərağa,
Bu Kufə hörmət eyləməz qonağa,
Yox zərrəcə zövqi-səfa,əmoğlu.

Millət məni bu şəhrə dəvət etdi,
Gəldim bura əzəldə beyət etdi,
Sındırdı beyəti, xəyanət etdi,
Zülmü mənə gördü rəva, əmoğlu.

Qovzandı nalə göylərə dilimdən,
Düşdüm uzaq qəbiləmdən, elimdən,
Bir şəxs olmadı tutsun əlimdən,
Düşmən mənə vurdu yara,əmoğlu.

Gülşəndə güllərim soldu-saraldı,
Leşkər məni məkri-yelə damə saldı,
Şəmşirim birdən əlimdən aldı,
Üz verdi hər dərdi-bəla,əmoğlu.

Durmadan hamı birbəbir əkildi,
Daği-sitəm bu sinəmə çəkildi,
Damlardan otlar başıma töküldü,
Qəlbim yara, dişlər yara, əmoğlu.

Rəhm etmədi bir kəs bu dağidarə,
Ovçu çox oldu mən düşdüm şikarə,
Axır mənə məskən oldu qənarə,
Oldum mən də sizdən cüda, əmoğlu.

Bu yer və cəmaət sındırdı vüqarım,
Oldu əcəb şəhadət iftixarım,
Heyf olmadı Əbbasi-namidarım,
Leşkər şekən şiri heyca, əmoğlu.

Zəhra balası, ey gözəl imamım,
Əvvəl uzaqdan var sənə salamım,
Yetsə sənə bu axırın pəyamım,
Gəlmə bu Kufə içrə, ya əmoğlu.

Məhəmmədi qapımda nökər olmuş,
Mənim adım dilində əzbər olmuş,
Bu şerlər də zibi-dəftər olmuş,
Olsa deyrdi eylə dəva, əmoğlu.