21 Noyabr 2024 - 21
Ərbəin günü Həzrət Zeynəbin (s.) qardaşına xitabı
Dur yaralı Zeynəbi biyarınam
Qırx gecə-gündüzdü əzadarınam
Gəldim Hüseyn vay deyəm
Əsğərə laylay deyəm
Ey səsimə səs verənim aç gözün
Yusifi bipirəhənim aç gözün
Şəhidi xunin kəfənim aç gözün
Həm sənə mehman həmi zəvvarınam
Gəldim Hüseyn vay deyəm
Əsğərə laylay deyəm
Nəhri Fəratın suyu heyran axır
Əşgi Rübabın odu hər an axır
Vay ürəyindən bacının qan axır
Dur su verim qəmli pərəstarınam
Mən başıma qara salan Zeynəbəm
Köynəyin əllərdən alan Zeynəbəm
Həm qocalan həm ucalan Zeynəbəm
Yoxdu Əbəlfəzlin, ələmdarınam
Əhdimə ifa eləyib gəlmişəm
Kufədə qoğa eləyib gəlmişəm
Düşməni rüsva eləyib gəlməşəm
Həqqini ehya eləyən yavərinəm
Mən bu çölün aşiqi şeydasıyam
Zeynəb adım qafi qəm ənqasıyam
Kərbübəlanın qoca Zəhrasıyam
Anam kimi məhrəmi əsrarınam
Əsğərə laylay desələr min kitab
Olmaz ana laylayı ey xoş məab
Neynim uzaqda dayanıbdı Rübab
Səsləyir ağa, mən də diləfkarınam
Nazlı Rüqəyyən saçını hörmədi
Başını aldı mənə də vermədi
Qəbrini əfsus, o balan görmədi
Deyərdi hey həsrəti didarınam
Mən rəhi təqvada qədəm vurmuşam
Nəqşələrdə nəqşi ədəm vurmuşam
Kufəyə od, Şama ələm vurmuşam
Hafizi ayini mədədkarınam
Sən elədin qanilə deynin əda
Ey o axan qanına canım fəda
Olmayacaq həmaseyi Kərbəla
Mübəlliği ideyi əfkarınam
Kəlami Zəncani