21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Göz yaşım leysan olub səhrada bir dəryadı bu
25.09.2020

Qanlı bir səhradı bu


Göz yaşım leysan olub səhrada bir dəryadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.
Xatəmin övladına yas tutmağa Adəm gəlib,
Adəmin fəryadına peyğəmbəri - Xatəm gəlib,
Kərbəla torpağına göydən bütün aləm gəlib,
Car çək başsız Hüseynə baş çəkən Zəhradı bu,
Gəl gedək burdan Heseynim, qanlı bir səhradı bu.
Ötdü min dörd yüz ilim, dur Şümrə bir meydan oxu,
Yetdi son Aşura, zülmün qətlinə fərman oxu,
Bitdi həqqin intizarı, döndü bu dövran oxu,
Surələr Sur oldu xətmi-qeybəti-kübradı bu,
Gəl gedək burdan Hüseynim, qanlı bir səhradı bu.
Badu-Kübə şəhrinə bir gün Əli-Əkbər gələr,
Həzrəti Əbbas ilə Həzrət Əli-Əsgər gələr,
Zülfüqarıynan Əmir-əl-Mömünün Heydər gələr,
Sahibi-əsr-Zamandan öncəki peydadı bu,
Gəl gedək burdan Hüseynim, qanlı bir səhradı bu.
Ol Yəzidin ləşkərindən bir başa min baş gedər,
Şah Hüseynim başdadır hər başda gizlin baş gedər,
Baş düşər başdan çıxar qaş başa bir gün baş gedər
Yazdığım misralar içrə qalibi-misradı bu,
Gəl gedək burdan Hüseynim qanlı bər səhradı bu.
Bir səhər mən at belində göydə gördüm Hüccəti,
Endi göylərdən yerə sildim min illik həsrəti,
İnşəallah gün gələr Kübəmdə görrük Həzrəti
Bir həqiqətdir yazıb Pünhan demə xülyadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

Baba Pünhan