22 Noyabr 2024 - 22
Bu gün mən bir yerdən keçdim
Əllər Hüseyn, Hüseyn deyir
Doldurdular badə içdim
Dillər Hüseyn, Hüseyn deyir
Əllər açılmış Səmaya
Baxarlar nurlu simaya
Təvəssül Zəhra anaya
Qullar Hüseyn, Hüseyn deyir
Baxdım gördüm gül bağçası
Heyran edir hər kəsi
İylədim çəkdim nəfəsi
Güllər Hüseyn, Hüseyn deyir
Qan qırmızı gülə baxın
Yağış yağdığında çəkin
Yelləməyin, siz buraxın
Budaqlar Hüseyn, Hüseyn deyir
Arıya ilham edildi
Yığdığı çiçək, gül idi
Nəhl surəsi ona gəldi
Ballar Hüseyn, Hüseyn deyir
Əsən külək yüzün oxşar
Bu işdə bir gözəllik var
Dayanmadan edir təkrar
Yellər Hüseyn, Hüseyn deyir
Eşqi hardan aldın elə
Eşqinə yandır kül elə
Od, alov da bilsin söylə
Küllər Hüseyn, Hüseyn deyir
Yaşıllaşan ağacları
Dənə, dənə yağan qarı
Araşdırdım zamanları
İllər Hüseyn, Hüseyn deyir
Mədinədən çıxdı yola
Harada verdisə fasilə
Basdığı yer gəldi dilə
Yollar Hüseyn, Hüseyn deyir
Çevirdilər ətrafını
İstədilər pak canını
Tökərkən günahsız qanını
Qollar Hüseyn, Hüseyn deyir
Fərata axan gözyaşı
Sürüyür böyüklər daşı
Belə görülmədi yoldaşı
Sellər Hüseyn, Hüseyn deyir
Duaya açılan əllər
Haqqı zikr edərkən dillər
Kərbəlada şahid qullar
Səhra Hüseyn, Hüseyn deyir