27 Oktyabr 2025 - 27
Edən izzətsizi izzətli Hüseynin yoludur,
Yetirən hörmətə, hörmətli Hüseynin yoludur.
Olma çirkabına aludə yəzidin yolunun,
Ali, pakizə, şərafətli Hüseynin yoludur.
Özgə yolda dəxi yol gəzmə səid olmaq üçün,
Qədəmin qoy ki, səadətli Hüseynin yoludur.
Əbədi varlığa vəsl etdi bu yol hər gələni,
Eləyən yoxsulu dövlətli Hüseynin yoludur.
Qulu sultanə çevirmiş bu yolun möcüzəsi,
Bu kəramətli, səxavətli Hüseynin yoludur.
Yola gəlmiş yola getməz yolagəlməzlər ilə,
Hürr edən Hürrü kəramətli Hüseynin yoludur.
Əmriya, yolda gərək yolçu, bu yoldan dönmə,
Bu, şəhadət yolu qeyrətli Hüseynin yoludur.
Ağasəlim Əmri (Azərbaycan şairi)
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto