20 May 2024 - 20

20 May 2024 - 20

Ya Hüseyn, ey aşiqi-Yəzdan, salam olsun sənə!
16.09.2020



Ya Hüseyn, ey aşiqi-Yəzdan, salam olsun sənə!
Canı Yəzdanə edən qurban, salam olsun sənə!

Məhvə düçar İslamı ey məhv olmadan hifz edən,
Dinə qanıyla edən dərman, salam olsun sənə!

Əhli-Beytin, əshabın din-İslama qurban edib,
Sonda tənha cəng edən mərdan, salam olsun sənə!

Xilqəti, aləmləri eşqilə məftun eyləyən,
Həm də Rəbbin eyləyən heyran, salam olsun sənə

Xanədanı qanlı səhrada əsir, nalan olan,
Xeyməgahı ey olan talan, salam olsun sənə!

Qanlı başı hey dolandıqca cidada, ləbləri,
Ayə-ayə zikr edən Quran, salam olsun sənə!

Sən Qubadın könlünün, həm qəlbinin sultanısan,
Ey könül, qəlb mülkümə sultan, salam olsun sənə!

Hacı Qubad Həsənzadə