22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

O dəm ki, Hərmələ nəngin ələ tirü kəman aldi
10.01.2018

O dəm ki, Hərmələ nəngin ələ tirü kəman aldi,
Mələklər dəccə çəkdi, şiələr xətti-əman aldi.

Xəbər ver hər mərizə naümid olsa müalicdən,
Bu tiflə ağlasun ta bəhrəmənd olsun nətaicdən,
Əlacin istəsin bu südəmər Babəl-Həvaicdən,
Kimə etdi təbabət müzdinə əşki-rəvan aldi.

Həqiqət görsənər qəlbi-səlimü çeşmi-binayə,
Əzəldən Hərmələ kur oldu satdi dini dünyayə,
Xəridari-behiştə bir ovuc qan əldə sərmayə
Hüseynün südəmər sərbazi can verdi, cinan aldi.

Dizün bərkitdi yerdə ox atan bir pəhləvan misli,
Kəman pürtab, zeh tab idi ox bərqi-cəhan misli,
Hədəf-bir altı aylıq südəmər bərgi-xəzan misli,
Hüseynün xeyri olsun, qönçə verdi gülsitan aldi.

Gör üçpər ox sudan ayrı düşən bir mahiyə neylər,
Dəyə divari-məsciddə qanadsız yahiyə, neylər,
Əbəlfzəli yıxan bir ox görün şeşmahiyə neylər,
Baş ayrıldı bədəndən, qəlbi-Zəhradən təvan aldi.

Oxu çəkdi boğazindən, atıb qan misli-fəvvarə,
Dəmadəm doldurub ovcun edib ərzə xəridarə,
Cənazə əlləri üstə qalıb meydanda avarə,
Sədayi-"əhsən, əhsən" Zati-Həqdən nagəhan aldi.

Atanın əlləri qan, yüz-gözü qan, ağ məhasin qan,
Balanın isladıb ağ döşlügün, ziyba libasin qan,
Olub Babəl-Həvaic, eylədi təzmin bəqasin qan,
Əmusi Həzrəti-Əbbastək namu nişan aldi.

Nəzər ətrafinə saldi özün tək gördü meydanda,
Dedi:-"Qardaşlarım, oğlum, Xuda, qərq olmuş əlqanda,
Qalan bir südəmər sərbazim idi zeyli-peymanda,
O da sədsalə dərsi altı ayda bizəban aldi.

Bu qəmdən parçalanmışdi nə taqətdə dağ olsaydı,
Bəharın fəsli solmuşdi necə ali bağ olsaydı,
Balam əl üstə qalmazdi Əbəlfəzlim sağ olsaydı,
Görüb qardaşsızam ətrafimi bu kufiyan aldi.

Özün məhşər günü, ey müntəqim, qıl ədl ilən divan,
Bu mən, o Hərmələ, bu Əsğəri-məzlum, o nahəq qan,
Satan mən, müştəri sən, qan mətaim, qiyməti rizvan,
Özün ver xeyrini, Ya Rəb, satan satdi, alan aldi".

Bala əzbəs ki, çırpındi atanın sinəsi üstə,
Verib can mürği-bismiltək vəleykən qol-qanad bəstə,
Qoyub yüz xeyməyə sari ata xəstə, bala xəstə,
Uzaqdan rəmzi əvvəl Zeynəbi-bixaniman aldi.

Ürəkləndi dedi:"-Qardaş, güli-xəndanüvə qurban,
Suya ətşan gedüb ətşan gələn mehmanüvə qurban,
Əlin üstə mələklər ağlayan qurbanüvə qurban,
Bu dilsiz neyləmişdi düşmən axər qanə qan aldi".

Dedi:"-Sən olmayasdın xeyməyə, baci, gələnməzdim,
Anasi xeymədən baxsaydı mən təlli ənənməzdim,
Bu hal ilən ki, sən gördün gözinə görsənənməzdim,
Rübabə dərsi sən verdün fələk səxt imtəhan aldi.

Vida'in vəqtidir, baci, fəraqə qoy edim təmkin,
İyadət eyləyim Səccaddən dərdi tapa təskin,
Mərizün yani getməkdə əmma var gözəl ayin,
Görərsən hər kəsi bir hədyə dər həddi-təvan aldi.

Mərizə dəstə gül bağlalla bir xoş rəsmü adətdi,
Odur Səccadə gətdim bu güli, vəqti-iyadətdi,
Apar ver iyləsün versün sizə bu yaxşi fürsətdi,
Məriz iylər güli ondan görərsən digəran aldi.

Verəndə hər qıza əmma denən aram al ağuşə,
Yavaş bas bağrına diskinməsün əl'an gedib huşə,
Atıb dutma, boğazından dübarə qan gələr cuşə,
Verün əldən-ələ bəlkə Rübabi-mehriban aldi".

Alıblar qanlı qundaqi öpən əldən-ələ verdi,
Boğazinün yarasın kim görüb zülfün yelə verdi,
Rübabə növbə çatdi, şairə Mövla silə verdi,
Sızıltıyla elə növhə dedi feyzi kəlan aldi.

Dedi:"-Gərçi qəmindən ölmədim mən zindəyəm, oğlum,
Nə qədri ki, adın üstümdə var payəndəyəm, oğlum,
Qüsurim oldu səndən həşrəcək şərməndəyəm, oğlum,
Mənim sinəmdə sən bəxt ulduzidün, asiman aldi.

Yəqinimdür gecə çox incimüşdün indi dincəldün,
Yanırdun sübhəcək, ahin odilə qəlbimi dəldün,
Evün abad, küsmüşdün yenə ağuşimə gəldün,
Kəənnəh altı aylıq dəstmuzdin bağban aldi".

Müəllif:Mərhum Ustad Münzəvi Ərdəbili