20 May 2024 - 20

20 May 2024 - 20

Başıma qaralar bağlaram, Hüseyn
19.09.2020

Desələr ki əgər, kişi ağlamaz,
Sənə qadın kimi ağlaram Hüseyn.

Qanla su tökərəm iki gözümdən,
Qaynar bulaq kimi çağlaram Hüseyn.

Üz qoyub ayağın dəyən torpağa,
Bir nohə deyərəm səninçün ağa,
Naləm gedib çatar, ən uca dağa,
Dağın da bağrını dağlaram Hüseyn.

Mən ola bilmədim, qardaşın Əbbas,
Mən də o cəsarət, hünər tapılmaz!
Sənə Zeynəb kimi saxlayaram yas,
Başıma qaralar bağlaram, Hüseyn.

Elə ki, Məhərrəm yetişir Ağa,
Ürəyim atılır qaynanmış yağa,
Nə qədər ki varam, nə qədər sağam,
Sənin matəmini saxlaram, Hüseyn.

Aydın Arslan