10 Dekabr 2025 - 10
(Xanım Zeynəbin (s) dilindən)
Əziz Anam! Səndən sonra
Bilirsənmi nələr oldu?!
Şadlıq saçan evimizə
Qəmü-qüssə, kədər doldu...
Məzlum atam qaldı bikəs,
Əvəz etməz səni heç kəs.
Dünya oldu ona qəfəs,
Gülüzarı tamam soldu...
Əldə sınıq sırğa Həsən (ə),
Nələr çəkdi bircə bilsən?!
Üzündəki o göy izdən,
Ciyərinə qanlar doldu...
Hüseyn (ə) öpdü ayağından,
Od töküldü dodağından
Sən buraxdın qucağından,
Kərbəlada ətşan öldü...
Bu Zeynəbin yetim qaldı,
Qəm çölündə qanad çaldı.
Saraylara lərzə saldı,
Zalım yerlə yeksan oldu...
Zeynəb Zeynalabdiyeva
/Deyerler.org/
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto