21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əcəb məqama gəlmişəm salam Hüseyn, salam Hüseyn
09.12.2020

Səni salama gəlmişəm, yetişdi xoş məqam, Hüseyn,
Əcəb məqama gəlmişəm salam Hüseyn, salam Hüseyn.

Ölüncə saxlaram, Ağa,məhərrəmin əzasını,
Mən hicrin ilə çəkmişəm günahımın cəzasını.
Gələndə almışam Ağam Əbəlfəzin rizasını,
Olub bu eşqidən dilim rəvaneyi-kəlam, Hüseyn.

Yıxılmışam ayağuva-görüncə Əkbərin yatır,
Durarmı göz yaşım-görə sinəndə Əsgərin yatır?!.
Şəhidlər içrə Qasimi- o kani-Heydərin yatır,
Qalıb bu bəzmidə töküm gözüm yaşın müdam, Hüseyn.

Bu mülki-Kərbəladədir gözəlliyin təzahürü,
Məqam nə qədri varsa-batinin açıbdı zahiri.
Ziyarət eylədim şəhid Həbib ibin Məzahiri,
Könül bu bəzmigahidən doyuncan aldı kam, Hüseyn.

Müəssər oldu Əkrəmə İlahidən Rəsuli-Din,
Kələndə Kərbəlayə sən həqiqət idi məqsədin;
Dəyişməyə Firui-Din, pozulmaya Üsuli-Din,
Müvəssəl oldu bizlərə mu məqsədi-məram, Hüseyn.

O Babəli-Həvayicə,Ağam, gətirmişəm pənah,
Çəkir məni Fərati-eşq, qələm qolun məqami gah…
Məqami-Əkbər isə gəl o xaki-payi-səcdəgah,
O xakə təzimimlə eylərəm mən ehtiram, Hüseyn.

Ağam,sənin məhəbbətin çəkib ürəkdə rəsmini,
Alıb qucağa Kərbəla o parə-parə cismini.
İçəndə su yadırğasam əyər mübarək ismini,
Dəyərsə su dodağıma ola mənə haram, Hüseyn.

Yuxumda almışam sənin mübarəki-salamını,
Şükür ki, eylədin əta mərizinə məqamını.
Çağır yenə bu Tofiqi-rəvaneyi-kəlamını,
Nəsibim eylə bir daha verim salam, imam Hüseyn!

Tofiq Həsənli

Kerbela.info