21 Noyabr 2024 - 21
Qalmışam bəlalı çöldə, əşkbarəm, Allah-Allah,
Kufədən çıxan qətarə intizarəm, Allah-Allah.
Qorxuram nə növi, çöldə bəllidir dodaqlarımdan,
Qaçmışam, tikan batıbdır, qan gəlir ayaqlarımdan,
Güşvarə Kərbəladə vermişəm qulaqlarımdan,
Gəlmərəm bəyanə, yoxdur güşvarəm, Allah-Allah.
Mən deyəm, olaydı ey kaş, indi bavəfa Əbəlfəz,
Qəmli halimə yanaydı, sahibi-ləva Əbəlfəz,
Səslədim əlim başımda sidq üzilə, ya Əbəlfəz,
Gəlmədi, əzimətindən dilfikarəm, Allah-Allah.
Ayrı düşmüşəm günüzdən qəlbi parə-parələrdən,
Gəh qaçıb, gəhi oturdum, qan gələndə yarələrdən,
Əmməmi soruşmuşam mən göydəki səyarələrdən,
Bəxti-narəyəm, əsiri-ruzigarəm, Allah-Allah.
Çox əzizə doxdər idim, çox öpərdilər üzümdən,
İstifadə eylər idi tay-tuşum mənim sözümdən,
Ağlayanda əmməcanlar sildi əşkimi gözümdən,
Nazdaniyəm, Hüseyndən yadigarəm, Allah-Allah.
Axşam oldu, getdi quşlar, yatdı aşiyanələrdə,
Xabi-nazimə gedibdir, indi nazdanələr də,
Sübhdən qonağı vardı şam olunca xanələrdə,
Mən vəli, bəlalı çöldə biqərarəm, Allah-Allah.
Mən də bir günü sipehri-izzətə sitarə idim,
Gülsitani-basəfadə dilruba həzarə idim,
Mən nə dağ-daşı gəzərdim, mən nə bəxti qarə idim,
Rəhm elə mənə, ürəkdən zəxmdarəm, Allah-Allah.
Çarəsazisən, mənim də dərdimə sən eylə çarə,
Kim çıxır şikarə çıxsın, Zəcr çıxmasın şikarə,
Görmüşəm necə dəğadı, görməyəm üzün dübarə,
Öldürərər, yəqin, o baxmaz gülüzarəm, Allah-Allah.
Nə xəbər varım babamdan, nə gül üzlü qardaşımdan,
Ağlayansif Muizzi Ərdəbilida nə'şi üstə qamçılar enib başımdan,
Yolda inciyib yəqinən əmmələr də göz yaşımdan,
Getdilər, düçari-dərdi-bişümarəm, Allah-Allah.
Daş vuruldu, qanlı başın bir də alnı paralandı,
Məhmilə bibim də başın vurdu, başı yaralandı,
Dərdi-ahımız ucaldı, ruyi-ərşə, qaralandı,
Yandırıbdı kainatı, həm nəzarəm, Allah-Allah.
Zindəgi də zülm əlindən eyləyər həzar adamsız,
Göz yaşın tökər gözündən, surətin bəzər adamsız,
Mən kimi düşər nəzərdən, çölləri gəzər adamsız,
Bilmirəm nə qədri eldən mən kənarəm, Allah-Allah.
Yusif Muizzi Ərdəbili