21 Noyabr 2024 - 21
Əkbərin (ə) tərifini söyləməyə can yetməz,
Bir ömür azdı onunçün, danışsan söz bitməz,
Şühəda qanı töküldü, dəxi bir gül bitməz.
Əkbər (ə) oldu o yerin həm gülü, yarpağı kimi,
Aləmdə yox belə torpaq, Kərbəla torpağı kimi!
Sənə laylay deyərək Məqtələ Zəhra (s.ə) gəldi,
Şəhrəbanu ah etdi, vay edib Leyla gəldi,
Zeynəb ətəyində üç yaşlı Rüqəyya gəldi.
Düşmənsə azğın olub, töklüşdü bir yağı kimi,

Nə gəldi əllərinə vurdular başına sənin,
Nə baxdılarp pak ailənə, nə də ki, yaşına sənin!
Alnının qanı töküldü üzünə, qaşına sənin.
Kimi səni pul tək gördü, kimi də Rey bağı kimi,

Min il, milyon il də keçsə, Əkbər yenə var olacaq,
Çəkib eşqə könülləri, aşiqlərə yar olacaq,
Yenə qatili anılacaq, yenə rüsvay, xar olacaq.
Əkbər isə artacaq, bar verən eşq bağı kimi,

Məni də bir bacınam, saxla yadında, lütf elə
Qəbrimin ilk gecəsində, mehman ol o dar yerə
O nur ki, keçib sənə cəddin Peyğəmbər (s) ilə
Qoy işıqlansın o nur qəbrimin çırağı kimi,

Xəyalə Quliyeva (Deyerler)

Xəyalə Quliyeva