21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ey könül, Yar nəvazişlərini sanma cəfa
26.12.2020

Ey könül, Yar nəvazişlərini sanma cəfa,

Çün cəfa çəkməyəni bilməz o Yar eşqə rəva.

Məktəbi-eşqin əgər axtarasan ünvanın,

O həmin dəşti-bəladır ki, adı – Kərbübəla!

Bivəfanın nə işi dəşti-müsibətdə o gün?!

Orda addımbaşı göstərməlisən əhdə vəfa.

Əqli-məzur olanın Kərbübəlada yeri yox,

Kərbəla ruhi-buluğ meydanıdır, anla gəda!

Orda Aşiq su alar ovcuna, ancaq içməz,

İçsə, bir damlası hətta gətirər eşqə xəta.

Körpələr həm də böyüklər hamı suzdur orda,

Orda eşq atəşi ətşanə verir cami-səfa.

Orda bihədd zülümlər törədir zalimlər,

Orda izzət-evinin əhli edir dini difa.

Kimsə “Rey arzusuna” başın itirmişsə əgər,

Kimsə də doğranır, həm başın edir Həqqə fəda.

Kərbəla aşiqə qiymət verilən meydandır,

Orda meydana gəlibdir şühədavü üsəra.

Orda ölmək sözü yoxdur, dirilik var əbədi,

Dərk qıl kim, necə bir ayrı fəzadır bu fəza...

Şahin Qurbanov

Deyerler.org