10 Dekabr 2025 - 10
Mən ağlım kəsəndən, gözüm görəndən,
Allahu Məhəmməd, Əli demişəm.
On iki imama, həzrət Abbasa,
Üz tutub Xudaya bəli demişəm.
Ustadlar ustadı ustad pirinə,
Allahın sağ əli merac şirinə,
Göydə bölünəni, yerdə yerinə,
Düz tutan Əliyə Vəli demişəm.
Fatmeyi-Zəhraya qurbandı canım,
Heydəri-kərrarım, Şahi-mərdanım,
Mən Zəki İslamam, şöhrətim-şanım,
Əzəldən Əlidi, Əli demişəm.
Zəki İslam
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto