08 Dekabr 2025 - 8
Şah Hüseynə səni mehman olasan, dönməyəsən.
Dili-suzan, ləbi-ətșan olasan, dönməyəsən.
Șövq ilə üz tutasan meydana Qasim sayağı,
Əliəkbər kimi șan-şan olasan, dönməyəsən.
Dərk edib Zeynəbi-Kübranın o ağır gününü,
Çökəsən diz, dili-viran olasan, dönməyəsən.
İçməyib abu Fəratdan ağam Abbas kimi,
Gözü qan, hər iki qoldan olasan, dönməyəsən.
Oxlanıb düz boğazından Əliəsgər misalı,
Çırpınıb qanuva qəltan olasan, dönməyəsən.
Oturub Beynül-hərəmdə bir ömür ağlayasan,
Kor olunca gözü giryan olasan, dönməyəsən.
Seyyida, Kərbübəla bir də nəsib olsa sənə,
İstəmirsənsə, pərișan olasan, dönməyəsən.
Seyyid Ağarəhim Baxşıyev
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto