Çəkib səbriynən eşqə təsvir aşiq,
Edib dərdiynən eşqi təfsir aşiq,
Ona Aşiq Özü aşiqdir aşiq,
Buna məşuq özü aşiqdir aşiq,
Olur məşuqə aşiq nadir aşiq,
Məni aşiq edir böylə bir aşiq,
Sorsuşsan ismini, baldan şirindir,
Hüseyndir bu, Hüseyndir bu, Hüseyndir.
Buna səhvdir desəm Yəhya məsəldir,
Bu eşqin lövhəsində şah qəzəldir,
O, Yəhyadan fəqət bir beyt düzəldi,
Bunun hər beyti Yəhyadan gözəldir.
Açarkən eşq kitabın gör nə gəldi?!
Bu nuri-asiman, nuri-zəmindir.
Hüseyndir bu, Hüseyndir bu, Hüseyn.
Hər ox yazmış vücudunda bir ayə,
Açılmış yarələri zikri-Xudayə,
Olub ismi-Xudadən məst bəlayə,
Deyir hu-hu, uçur hular həvayə,
Nə bir qətrə su istir bu nə sayə,
Buna çöl gülsitan atəş sərindir,
Hüseyndir bu, Huseyndir bu, Hüseyn.
Enib ərşi-bərindən nur çuxurə,
Çuxur içrə qarışdı nuru-nurə,
Görüb nuru gəlib Cibril hüzurə,
Dedi: Ya Rəbb, sığışmır bu şüurə,
Məgər ki, bu çuxur ərşi-bərindir,
Dedi: Ey Cəbrail, Ruhi-əminsən,
Dedi: Ya Rəbb, rəbbil-aləminsən,
Dedi: Amma, bu hubbul-aləmindir.
Hüseyndir bu, Huseyndir bu, Hüseyn.
Bu qətrə-qətrə doğranmış sitarə,
Sitarə yox, Qurandır parə-parə,
Bu Qurana edər kim istixarə,
Sitarələr ona eylər işarə,
Bu naz-afər deyil, nuri-afərindir.
Hüseyndir bu, Hüseyndir bu, Hüseyn.
Əgər pərdə dalındaysa bu pərnaz,
Səlam versən çağırsan pərdə qalmaz.
Səlamı pərdə arxasından almaz,
Deyib aşiqlərimlə pərdəm olmaz,
Lətifdir, mehribandır, nazənindir,
Hüseyndir bu, Hüseyndir bu, Hüseyn.
Şöhrət Səqqa