21 Noyabr 2024 - 21
Kərbəla, ey dəşti al-qan, Kərbəla,
Kərbəla, şəhidə meydan, Kərbəla.
Olmusan hidayət-çıraq günəşi,
Çəkmisən möhnəti-yanğı atəşi.
Titrədib yer-aləmi, uca ərşi,
Etmisən bu halə əfqan, Kərbəla.
Əkbərin şəhlagöz, şibhi-peyğəmbər,
Əsgərin qundağda təşnə bir dilbər.
Əbbasi-ələmdarın haqqa yavər,
Nicat tapmış sənlə cahan, Kərbəla.
Göylərin tutqundur, açılmır nədən?
Əzaya bürünüb ruh ilə bədən.
Ürəkdə Kərbəla eşqin bir vətən,
Mehri-məhəbbətə məkan, Kərbəla.
Açmısan sən imama ağuşunu,
Xoş halına, etdin haqq vuruşunu.
Torpağım etdi sənin alqışını,
Tanrı-haqq yolunda qurban, Kərbəla.
Varmı sən tək heç qəsaya yer mübtəla?
Varmı sən tək heç çəkən ağrı-cəfa?
Cahana əzan verər səvab, əta.
Yetər dada sevgim-dərman, Kərbəla.
Verəcək hesabü-gün Şümrü-ləin,
Çatacaq cəzasına Yezid bidin.
Öməri-Səda çatan mütləq, yəqin,
Qiyamət günündə fərman, Kərbəla.
Kim ki, haqqa tuşlayıb iman eşqin,
Kim ki, dərk edir özün, Sübhan eşqin.
Yar olur ona müdam mehman eşqin,
Haqdı iman ölşüm, mizan, Kərbəla.
Ey ilahi, qəbul et bu niyyəti,
Ver qərar görək səndən inayəti.
Alaq səndən müşkü-ənbər cənnəti,
Yetək məzhərinə mehman, Kərbəla!
Əşir Bəşiroğlu