08 Dekabr 2025 - 8
Ziyarət yerləri həqiqət yolu,
Görüş vüsalını dadıb qayıtdın.
Bu feyzin məqamı müqədddəs dolu,
Hüseyn sevgisini ruhuna qatdın.
Məzlum söyləməyin İmam Hüseynə,
O Gün şölələndi haqqın çırağı.
Şəhidlik zirvəsin alıb çiyninə,
Ucaldı islamın enən bayrağı.
Kərbəla torpağı Hüseyn qanıyla,
Şərafət qazandı, müqəddəs oldu.
Zalımın zülmünə Öz üsyanıyla
Haqqa-ədalətə aparan yoldu...
Tapdıq Əlibəyli
Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto