21 Noyabr 2024 - 21
Kərbəla eşqiylə yanmaq özü bir bəladır, ey dost,
Bu, bəla axtaranlara hәmişә sәfadır, ey dost!
Mәlәklәr izn istәyirlәr zәvvar olsunlar Hüseynә,
Padişahlar hәrәmindә sanki bir gәdadır, ey dost!
Kim gedib agam Hüseynin o gözəl məzarın öpsə,
Bu әmәl hәm bir ədəbdir, həm də bir vəfadır, ey dost!
Kəsdilәr İmam Hüseynin başın, isti qumlar üstə,
Hüseynin başını kәsmәk cәddinә cəfadır, ey dost!
Qayıdıb nəhri Fəratdan su gətirmişdi Әbәlfəz,
Sancılanda ox gözündən son sözü әxadır, ey dost!
Dolanıb gəzin cahanda nə qədər ki, sərzəmin var,
O fəqət Kərbubəladır, zəmini şəfadır, ey dost!
Qurana taydır Hüseynim, kim Onun misalı olmuş?
Kəsilmiş başı Hüseynin, Kərbəla hilalı olmuş.
Bu səbəbdən də bizim qəlbimiz yaralı olmuş,
Zikr elə ismi Hüseyni, qəlbinə dəvadır, ey dost!
Mən Hüseyndənəm buyurdu O, Әziz Peyğəmbərim də,
Dəfələrlə təkrar etmiş bu sözü Öz minbərində.
Xadim olmaq arzusuymuş Hәzrәti Cəbrayilin də,
Tanısın hər kəs Hüseyni, O ali əbadır ey dost!
Hüseynlә halalzadәlәr hәmişә rәfaqət eylər,
Hüseyni haramzadәlәr hәmişә şәmatәt eylәr.
Tikilib gözüm Hüseynә, O mәnә şәfaәt eylәr,
Səməndər olsa da muznib, O əhli səxadır, ey dost!
Səməndər Qarabağlı