21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Meydanda tək qalıb şahi-cahan bu gün,
28.01.2021

Meydanda tək qalıb şahi-cahan bu gün,
Verməz nədən Ona düşmən aman, bu gün?!

Dünyayə gəlməmiş fərman olub belə:
Allahın eşqilə qəlbi dolub elə,
Axsın qızıl qanı, dönsün gərək selə,
Düşmən edə rəhm, yoxdur güman bu gün.

Əshab ölüb bütün, dörd yanı boş qalıb,
Qardaş, oğul gedib, Zeynəb də çaş qalıb.
Ağlar olub zənan, gözlərdə yaş qalıb,
Bu qanlı tarixi yazdı zaman bu gün!

Oldu susuz şəhid şahzadə Əkbəri,
Getdi su istəyə, oxlandı Əsğəri.
Çatsa Fərata da, içmib, dönüb geri,.
Bildi ki, O, susuz verməli can, bu gün.

Namərd dedi: ,,Yanır xeymələrin, Hüseyn,,
Döndü, görüb susuz körpələri Hüseyn,
Tapşırdı Zeynəbə, bax, nələri Hüseyn,
Ərz etdi ki, ədu verməz aman bu gün.

Meydanə yollanıb, Cananə can verə,
Dönməz bu yoldan O, yarəsi qan verə.
Oldu şəhid Hüseyn, islamə can verə,
Ağlar, Xəyal, həmi Sahib-zaman bu gün!

Sona Xəyal